"Biz "qırmızı xətlərimizi" bilirik": Xaçaturyan delimitasiya prosesini ALQIŞLADI
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Paşinyana müraciət edərək, uzunmüddətli sülhün bərqərar olması üçün bütün mümkün resurslardan istifadəni davam etdirməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Xaçaturyan, həmçinin Paşinyana lazımi dəstəyi verəcəyini vəd edib.
Ermənistan prezidenti hökumətin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə addımlarını dəstəklədiyini dikə gətirib.
Xaçaturyan vurğulayıb ki, hakimiyyət "qırmızı xətlərin" harada olduğunu aydın şəkildə bilir.
Prezident Paşinyanın sərhədlərin delimitasiyası vasitəsilə qonşuları ilə dinc yanaşı yaşaması səylərini yüksək qiymətləndirib.
"Biz 1988-ci ildə məhz buna can atırdıq. Düzdür, bəlkə o vaxt biz azad, müstəqil Ermənistana gedən yolun bu qədər uzun olacağını bilmirdik, amma bu gün imkanımız var", – deyə prezident bildirib.
Xaçaturyan Paşinyana müraciət edərək bundan sonra da bütün mümkün resurslardan istifadə etməyə çağırıb və lazımi dəstəyi göstərəcəyini vəd edib. Eyni zamanda o, vətəndaşları əmin edib ki, nə Paşinyan, nə hökumət, nə də ölkənin hər hansı digər rəsmi nümayəndəsi respublika ərazisinin bir millimetrinin belə əlindən getməsinə yol verməyəcək.
"Biz sərhədlərimizi və qırmızı xətlərimizi dəqiq bilirik. Qonşularımızla, o cümlədən Azərbaycanla uzunmüddətli sülhün bərqərar olması üçün əlimizdən gələni edirik", – o fikrini tamamlayıb.
Günel Mikayılova,
KONKRET.az

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi