Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır?
Həkimlər böyrəklərin sağlamlığını dəstəkləyən məhsulların adlarını açıqlayıblar.
KONKRET.azxəbər verir ki, rusiyalı mütəxəssilər böyrək sağlamlığı üçün zəruri olan beş əsas məhsulu sadalayıblar.
Həkimlər xəbərdarlıq edib ki, böyrək funksiyasının zəif olması səbəbindən qan azlığı yarana, ürək və damarların, həzm orqanlarının fəaliyyəti pisləşə, immunitet aşağı düşə bilər.
Böyrəyə qanı və bədəni toksinlərdən təmizləməsinə kömək etmək üçün rasionunuza xiyar, qarabaşaq yarması, dəniz balığı, qaragilə və buğda kəpəyi daxil etməlisiniz.
Həkimlərin açıqlamasında deyilir: "Xiyar 90% sudur, sidik yollarını yuyur, tullantıların və toksinlərin konsentrasiyasını azaldır. Qarabaşaq yarmasının tərkibindəki mürəkkəb karbohidratlar sidik ifrazını təşviq edir".
Dəniz balıqlarının tərkibində olan Omeqa-3 böyrək toxumasını və ümumiyyətlə böyrək funksiyasını qorumağa kömək edir, qaragilə isə böyrək borularını atrofiyadan qoruyur. B6 vitamini ilə zəngin olan buğda kəpəyi sidik daşı xəstəliyinin qarşısını alır.
Mütəxəssilər hətta sağlam qidalardan da sui-istifadə etməməyə və balanslaşdırılmış pəhrizə riayət etməyə çağırıblar. Onlar həmçinin çoxlu miqdarda duz, konserv, qırmızı ət, şirin və yağlı qidalardan istifadə etməmək barədə xəbərdarlıq ediblər.//Azpost.info

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…