Bu şəxslər oruc tuta bilməz - Professor

Bu şəxslər oruc tuta bilməz - ProfessorŞəkərli diabet xəstələri, yüksək təzyiq, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz.
KONKRET.az xəbər verir ki, bu sözləri professor, tibb elmləri namizədi, tibb üzrə ekspert Adil Qeybulla Bakupost.az-a açıqlamasında deyib.
Həkim Ramazan ayı ilə bağlı vacib tövsiyələr verib:
"Orucluq insanın öz nəfsinə nəzarət prosesidir. Bu prosesdə söhbət təkcə qidalanma rejimindən yox, öz nəfsinə, instinktlərinə nəzarətdən gedir.
İnsan orucluq vaxtı pəhriz rejiminə keçir və bir müddət əvvəlki qida rejimindən imtina edir. İmsak və iftar vaxtlarında qida tədricən qəbul edilməlidir. İlk olaraq maye ilə başlanmalıdır.
Adətən, yarım stəkan isti su və xurma istifadə olunur. Gün ərzində ac qalmış mədəyə ilıq şəkildə az-az qida qəbul etmək lazımdır.
Mədəni qıcıqlandırmayan, duz və istiotsuz qidaları qəbul etmək gərəkdir. Orucluq dövründə qida qəbulunun intensivliyini aşağı salmaq yaxşı olar. Orqanizmdə yaranan ekstremal vəziyyət, depolaşmış piylərin mobilizasiyasına imkan verir.
Bu da orqanizmin sağlamlıq göstəricilərinə kömək edir.
İftar vaxtında qəbul olunan qidalardan bəzi insanlar sui-istifadə edirlər. Bu da həm ümumi sağlamlığa, həm mədə-bağırsaq sisteminə neqativ təsir göstərir. Oruc ibadəti zamanı riskli qruplardan biri də şəkərli diabeti olan insanlardır.
Şəkərli diabet xəstələri, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz.
Əgər oruc tutmaq şəxsin səhhətinə ziyan vermirsə və sağlamlıq baxımından ciddi bir problem yoxdursa, o zaman oruc tuta bilər. Oruc tutmaq siqareti, alkoqolizmi buraxmaq, bu kimi zərərli vərdişlərdən uzaqlaşmaq üçün də bir fürsət ola bilər.
Pəhriz rejiminə əməl etməmək, sahuru unutmaq, iftarı gecikdirmək, yaxud iftarda artıq qida qəbul etmək, az su içmək, qan şəkərini təqib etməmək, dərman qəbulunu öz bildiyi kimi tənzimləmək və s. Ramazan ayı boyunca ən çox buraxılan xətalardandır".

Sağlamlıq       Tarix: 02 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler son.xabar cəbhədən görüntüleri xankendi