"Bundan daha pis nə ola biləcəyini təsəvvür belə edə bilmirəm" - Manaseryan

"ABŞ və Avropanın arzusunda olduğu Rusiya bazarı bu gün Ermənistan üçün açıqdır, amma ölkəmizin ondan niyə imtina etməsi anlaşılan deyil".
KONKRET.az xəbər verir ki, bu sözləri professor Tatul Manaseryan Ermənistanın  Aİİ-dən çıxması ilə bağlı siyasi bəyanatları şərh edərkən deyib.
"Biz Avrasiya İqtisadi İttifaqından çıxmaqla heç bir problemi həll etməyəcəyik. Avropalılar və amerikalılar Ermənistanın Aİİ və hətta İranla əməkdaşlığına və iqtisadi əlaqələr saxlamasına qarşı deyillər. Aİİ-də çoxlu problemlər var, deyə bilmərik ki, hər şey gözəldir və biz "yeddinci cənnətdə"yik. Biz inkişaf üçün kifayət qədər ciddi imkan əldə etmişik və rəqəmlər məhz bunu göstərir", –  deyə Manaseryan bildirib.
O deyib ki, Ermənistan bu gün rəqabət qabiliyyəti baxımından parıldamır:
"Bu gün biz heç bir sənayedə rəqabət apara bilmirik. Rəqabət qabiliyyətinin səviyyəsi sıfırdan aşağıdır. Biz bütün istiqamətlərdə insan, maliyyə və istehsal resurslarımızı səfərbər etməliyik. Yəni biz sıfırdan başlamalıyıq, çünki bu resurslar haqqında heç bir təsəvvürümüz yoxdursa, deməli, yaşadığımız ölkəni belə tanımırıq. Bu mənada indi bizdə boşluq və qeyri-müəyyənlik var ki, bu da iqtisadi təhlükəsizliyə ciddi təhdiddir", – deyə Manaseryan vurğulayır.
"Bundan daha pis nə ola biləcəyini təsəvvür belə edə bilmirəm. Avropa ölkələri arasında olmaq istəyiriksə, başa düşməliyik ki, Avropa onun hesabına həll etməyə çalışdığı bir çox problemləri olan ölkəni qucaq açıb gözləməyəcək. Avropada öz problemi olan heç kimi gözləmirlər – nə Gürcüstan, nə də başqalarını", – deyə Manaseryan ikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 17 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler bu gune olan xeberler xeber.az bu gun cəbhədən son məlumatlar