Burun və boğaz əti uşaqlarda hansı problemlərə yol açır? - "Vaxtında əməliyyat edilməsə..."

Burun və boğaz əti uşaqlarda hansı problemlərə yol açır? - Valideynlər uşaqlarda ən çox müşahidə edilən burun və boğaz əti probleminə, əsasən, biganə yanaşırlar və fəsadları barədə məlumatsız olurlar. Bəs burun və boğaz əti əməliyyatını etdirməyin nə kimi əhəmiyyəti var?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan həkim pediatr Jalə Eyvazova bildirib ki, burun əti (adenoid vegetasiya) uşaqlarda, əsasən, 3-14 yaşlarında müşahidə edilir.
"14 yaşından sonra uşaqlarda adenoid vegetasiyası tədricən sovrulur. Böyüklərdə isə buna çox nadir hallarda təsadüf edilir. lk öncə valideyn həkimə övladında olan burun tıxanıqlığı, ağzı açıq yatma, xorultu, bəzi hallarda nəfəsin bir neçə saniyəlik dayanması şikayətləri ilə müraciət edir. Araşdırma zamanı bu uşaqların tez-tez virus xəstəliklərinə tutulması, burundan qatı mayenin axması, qulaq ağrıları, eşitmə zəifliyi, uzunmüddətli öskürək kimi şikayətlərinin də olduğu bəlli olur. Uşaqda böyük ölçülü burun və boğaz əti olarsa, əlavə olaraq irinlidirsə, uşağın fiziki, zehni inkişafına əks təsir edir. Uşaq nəfəs ala bilmədikdə yuxu rejimi pozulur və yata bilməyən uşağın boy inkişafı geri qalır, çünki boy hormonları yuxuda ifraz olunur. Yata bilməyən uşaq gün ərzində kefsiz, əsəbi, aqressiv olur. Nəfəs ala bilmədikdə iştah pozulur, yeməkdən imtina edir, ailə güclə uşağı yedirir. Uşaq hər dəfə xəstə olduqca qidalana bilmir və inkişafdan qalır. Uşaq problemli burun və boğaz ətindən qurtularsa, fiziki və zehni inkişafı normala dönür".
Həkim qeyd edib ki, boğaz ətinin xaric edilməsi əməliyyatı qorxulu proses deyil.
"Müasir üsul ilə xəstə tamamən yatırılır və heç bir ağrı hiss etmir. Valideynlər də bu əməliyyatdan qorxmamalıdır, çünki kəsik və qan olmur. Bununla da xəstənin normal yaşamına qayıtması tezləşir və əməliyyatdan sonra qanama riski minumuma enir. Eyni zamanda, burun əti böyüməsi olan xəstələrimizdə endoskopik olaraq (kamera ilə) adenoid dediyimiz burun əti yapışdığı yerdən bütünlüklə xaric edilir.
Bəzən valideynlər xəstə boğaz ətinin və böyük burun ətinin varlığında belə əməliyyatdan qaçırlar və düşünürlər ki, övladlarının immun sistemində problemlər olacaq. Nəzərə almaq lazımdır ki, burun-boğaz əti uşaqlara daha da ziyan verir".

Sağlamlıq       Tarix: 17 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda havanın temperaturu cəbhədən video valyuta