Ceyhun Bayramov Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri ilə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan ilə Qətər Dövləti arasında mövcud yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edərək, hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin və Hökumətlərarası İqtisadi Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin vacibliyini vurğulayıblar.
Bu il ölkəmizin üv sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev