Çoxlarının sağlamlığını pozan ƏN PİS 5 PƏHRİZ

Çoxlarının sağlamlığını pozan ƏN PİS 5 PƏHRİZPəhriz tez-tez arıqlamaq və ya sağlamlığını qorumaq istəyənlər üçün bir yoldaş olur. Əsrlər bolu arıqlamaq cəhdləri həmişə olub və bəzən bunu etmək üçün tamamilə çılğın yollar tapıblar. Həkimlər xəbərdarlıq edir ki, bütün pəhrizlər faydalı deyil və bəziləri xeyirdən çox zərər verə bilər.
Hansı pəhrizlər arıqlamaq və sağlamlıq üçün ən pis seçimdir?
KONKRET.az həmin pəhriz siyahısını təqdim edir:
Paleo pəhrizi
Paleo pəhrizi onun tərtibatçılarının qədim insanlar kimi yemək yesəniz, sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyiniz vədləri sayəsində populyarlıq qazanıb. Bununla belə, bu pəhrizin uzunmüddətli faydalarını dəstəkləyən heç bir elmi dəlil yoxdur.
Nə olar:
Ət, quş əti, balıq
Yumurta
Meyvə və tərəvəzlər
Fındıq və toxum
Nə olmaz:
Taxıl və paxlalılar
Süd məhsulları
Şəkər
Rafine yağlar və omeqa-6
Tərəvəzlər (pomidor, kartof, badımcan)
Qəhvə və spirt
Paleo pəhrizinin əsas problemi bədəni vacib qidalarla təmin edən taxıl, paxlalılar və süd məhsulları kimi sağlam qidaların xaric edilməsidir.
Keto pəhrizi
Ketogenik pəhriz karbohidratların kəskin şəkildə azaldılmasını və yağ qəbulunun artırılmasını nəzərdə tutur. Tez arıqlamağa və qan şəkərini idarə etməyə kömək etdiyi üçün məşhurdur. Bununla belə, dərc edilən bir araşdırma, keto pəhrizinin bağırsaq mikrobiomunun müxtəlifliyini azaldır və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola biləcək pis xolesterol səviyyələrini artırdığını aşkar edib. Həmçinin, keto pəhrizində lif azdır ki, bu da həm ürək-damar sisteminə, həm də həzmə mənfi təsir göstərir, bağırsaqların və onun mikrobiomunun vəziyyətini pisləşdirir.
Peçenye pəhrizi
Amerikalı həkim tərəfindən hazırlanmış bu pəhrizdə zülal və liflə zəngin olan xüsusi peçenyelərin istehlakı yer alırdı. Əsas fikir adi pəhrizinizi bu peçenyelərlə əvəz etmək idi, lakin bu yanaşma balanssızdır. Həkimlər bu cür dəb pəhrizləri yerinə müxtəlif pəhriz seçməyi məsləhət görürlər.
Alma sirkəsi pəhrizi
Pəhrizin mahiyyəti yeməkdən əvvəl suya qatılmış 1-2 xörək qaşığı alma sirkəsini istehlak etməkdir. Bununla belə, genişmiqyaslı tədqiqatlar bu metodun arıqlamaq üçün effektivliyini təsdiqləməyib. Üstəlik, bu yanaşma elmi cəhətdən dəstəklənmir və onun sağlamlıq üçün faydalarına dair heç bir sübut yoxdur.
Hava pəhrizi
Fransada yaranan hava pəhrizi, insanın yalnız yemək yediyini təsəvvür etdiyi zaman "virtual" qidalanmanı nəzərdə tutur. Əslində, insanlar yalnız duzlu bulyon istehlak edirlər, bu da ciddi qida çatışmazlığına səbəb olub və sağlamlıqlarını pozub.
Bu pəhrizlər elmi faktlara deyil, dəblərə əsaslanmağa meyllidir və vacib qida maddələrinin balansını pozaraq bədənə mənfi təsir göstərə bilər.//Lent.az

Sağlamlıq       Tarix: 28 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə


son xeberler yeni xeberler azerbaycan xeberleri xabarlar qarabag az xeber son xeberler 2026