Dövlət Departamenti: ABŞ "Cənub Qaz Dəhlizi"ni strateji layihə kimi nəzərdən keçirir

Dövlət Departamenti: ABŞ "Cənub Qaz Dəhlizi"ni strateji layihə kimi nəzərdən keçirirABŞ "Cənub Qaz Dəhlizi"ni strateji layihə kimi nəzərdən keçirir.
Milli.Az bildirir ki, bunu Trend-ə ABŞ Dövlət departamentinin Enerji ehtiyatları bürosunun enerji diplomatiyası üzrə mütəxəssisi Natan Rayx deyib.
O bildirib ki, enerji təhlükəsizliyi sahəsində enerji daşıyıcıları tədarükünün şaxələndirilməsinin vacibliyi vurğulanır:
"Bunun səbəbi sadədir: monopoliyalar ölkənin siyasi sisteminə, iqtisadi artımına, sosial təminatına ciddi ziyan vura bilər. Ona görə də biz mümkün olan hər şeyi edəcəyik ki, avropalı tərəfdaşlarımıza və müttəfiqlərimizə enerji tədarükünün şaxələndirilməsində kömək göstərək".
Mütəxəssis qeyd edib ki, bu kontekstdə ABŞ hökuməti "Cənub Qaz Dəhlizi"ni strateji layihə kimi nəzərdən keçirir:
"Tikintisi başa çatdıqdan sonra "Cənub Qaz Dəhlizi" Avropaya təbii qaz tələbatının təmin olunması üçün yeni uzunmüddətli tədarük mənbəyi təqdim edəcək. Təbii qaz idxalının şaxələndirilməsi yolu ilə "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyini artıracaq və bununla da milli təhlükəsizlik sahəsində ümumi maraqlarımızı təşviq edəcək".
Onun sözlərinə görə, eyni sözləri Avropanın mayeləşdirilmiş təbii qaz idxalı imkanlarının artması barədə də demək olar:
"Mayeləşdirilmiş təbii qaz istehsalı və ticarətinin qlobal artımı iqtisadi və enerji təhlükəsizliyi baxımından Avropa üçün faydalıdır. Bəzi qiymətləndirmələrə əsasən, 2018-ci ildə mayeləşdirilmiş təbii qaz idxalı imkanı Avropa istehlakçılarına 8 milyard dollara qənaət etməsinə yol açıb. Həm mayeləşdirilmiş təbii qazın, həm də "Cənub Qaz Dəhlizi"nin yaratdığı imkan isə onu göstərir ki, avropalı tərəfdaşlarımız və müttəfiqlərimiz öz iqtisadi rifahı və milli təhlükəsizliyi üzərində nəzarəti ələ alır. "Cənub Qaz Dəhlizi" və mayeləşdirilmiş təbii qaz bir-birini tamamlayır".
N.Rayx əlavə edib ki, "Cənub Qaz Dəhlizi" ABŞ hökuməti üçün iki səbəbdən qiymətlidir: biri enerji təhlükəsizliyi ilə, digəri isə siyasi və iqtisadi inteqrasiya ilə əlaqədardır:
"Onilliklər ərzində ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyinə vəsait yerləşdirib, çünki bu, iqtisadi rifah və siyasi suverenlik üçün həyati əhəmiyyət daşıyır. Ona görə də təəccüblü deyil ki, ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyinə təhdidi, ABŞ-ın milli maraqlarına təhdid kimi nəzərdən keçirir".
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 12 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler xeberler bu gun qurban bayrami 2026 metbuat