Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLARFevralın 26-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
KONKRET.az xəbər verir ki, Komitə sədri Anar Quliyev çıxışında bu faciənin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olduğunu vurğulayaraq, bir gecədə uşaq, qadın və qoca olmaqla 613 günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O, işğal dövründə xarabalığa çevrilmiş torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində azad olunduqdan sonra həmin ərazilərdə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində tarixi irsimiz və müasir şəhərsalma prinsipləri əsasında genişmiqyaslı bərpa-quruculuq işləri aparıldığını qeyd edib.
Daha sonra Komitə sədrinin müavini İlqar İsbatov çıxış edərək, Xocalı şəhərinin yeni Baş planının layihəsi haqqında ətraflı məlumat verib və şəhərin gələcək inkişaf konsepsiyası çərçivəsində həyata keçiriləcək bərpa və infrastruktur layihələrinin əsas prinsiplərini tədbir iştirakçılarına təqdim edib.
Tədbirdə həmçinin Xocalı faciəsinin dəhşətlərini şahidlərin dili ilə əks etdirən sənədli film nümayiş olunub.
Anım mərasimindən sonra Komitə rəhbərliyi və əməkdaşları "Ana harayı" abidəsini ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLARDövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLARDövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - FOTOLAR

Siyasi       Tarix: 27 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar