Dünyada koronavirusa yoluxanların sayı 500 milyonu KEÇDİ
"Omicron"un yüksək yoluxucu alt variantı "BA.2"nin Avropa və Asiyanın bir çox ölkəsində artması ilə dünyada koronavirusa yoluxanların sayı 500 milyonu keçib.
KONKRET.az "Reuters"ə istinadən xəbər verir ki, "BA.2"nin artmasının əsas səbəbi Çində son artımlar, eləcə də Avropada yayılmış infeksiyalarla əlaqələndirilir.
COVID-19-un bu variantını digərləri ilə müqayisədə təsbit etmək çətin olduğundan bu, "gizli variant" adlandırılır.
Qeyd edək ki, Cənubi Koreya gün ərzində 182 mindən çox yeni yoluxma faktına görə qlobal miqyasda dünyada liderlik edir.