Elçin Əmirbəyov: "Ermənistanla sülhə heç vaxt olmadığı qədər yaxınıq"

Elçin Əmirbəyov: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün real və xüsusi bir şans yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, çünki ötən il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyub.
Elçin Əmirbəyov vurğulayıb ki, Azərbaycanla Ermənistan bu gün sülhə heç vaxt olmadığı qədər yaxındırlar.
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycan və Ermənistan sərhəd komissiyalarının son razılaşmasını və Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasını müsbət hal kimi qiymətləndirib və əlavə edib ki, bununla da Azərbaycan və Ermənistan de-fakto delimitasiya prosesinə başlamış oldular:
"Bu razılaşma (delimitasiya ilə bağlı) tərəflərin ikili əsasda birbaşa təması nəticəsində və hər hansı kənar üçüncü tərəfin iştirakı olmadan əldə olunub. Bu onun göstəricisidir ki, biz məsələləri özümüz həll edə bilərik. İkinci məqam ondan ibarətdir ki, Ermənistan özü bizim torpağımızdakı işğalı sonlandırmağa qərar verdi və bu, hərbi yolla deyil, diplomatik yolla baş tutdu. Sonuncu məqam ondan ibarətdir ki, bu, Azərbaycana qarşı səsləndirilən fikirlərin – guya Azərbaycan Ermənistana qarşı hücuma hazırlaşır və qalan məsələləri güc yolu ilə həll etmək niyyətindədir yanaşmasının həqiqət olmadığını göstərdi".
Elçin Əmirbəyov deyib ki, hələ də həll olunmamış məqamlar qalır. O, bu məqamlardan danışarkən bildirib ki, əgər tərəflər sülh müqaviləsinin əsasında ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması prinsipini vurğulayırsa, o zaman Ermənistan tərəfi bu sazişin mətni və ruhu ilə bağlı problemi aradan qaldırmalıdır: "Ermənistanın milli qanunvericiliyində, Konstitusiyasında dəyişiklik olmalıdır, çünki hazırkı versiyada Qarabağın Ermənistanın bir hissəsi olduğu iddia olunur. Bu, Azərbaycana qarşı torpaq iddiasıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistan Baş naziri artıq bir neçə dəfə öz bəyanatlarında vurğulayıb ki, o, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyır".
Elçin Əmirbəyovun sözlərinə görə, Azərbaycan həll olunmamış məsələlərin sülh yolu ilə həllinə sadiqdir və Azərbaycan tərəflər arasında danışıqların intensivləşdirilməsini dəstəkləyir: "Ermənistan tərəfini əmin etmək istərdik ki, sülh müqaviləsinin əsas prinsipləri: qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik və sərhədlərinin dəyişməzliyi Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir. Bu, qarşılıqlılıq prinsipinə əsaslanır.
Eyni zamanda, hesab edirik ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yolun açılmasına maneçiliyi dayandırmalıdır. Bu blokada hələ də davam edir".

Siyasi       Tarix: 24 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər en son xeberler bu gun hava durumu son xeberler azerbaycan