Əli Kərimli üzr istəməli, Sevinc Osmanqızı "Bravo, Müzəffər" deməli, Qabil də qulağını kəsməlidir…

Əli Kərimli üzr istəməli, Sevinc Osmanqızı 2020-ci ilin 10 noyabr razılaşmasına əsasən, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları vaxtından əvvəl bölgəni tərk edir.
Razılaşmaya görə, sülhməramlı kontingent 2025-ci ilə qədər bölgədə qalmalı idi. Bu müddətin başa çatmasına bir il qalmış artıq onlar gedirlər. Bu, Qarabağda suverenliyimizin bərpa edilməsi prosesində son mərhələdir. Artıq öz ərazilərimizə tamamilə özümüz nəzarət edirik.
Sülhməramlıların vaxtından əvvəl çıxması, ümumiyyətlə, çıxması Azərbaycan xalqını sevindirsə də ölkədə bundan kədərlənənlər də var. Radikal müxalifət və onların çevrəsindən ibarət olan bu qrup 10 noyabr razılaşmasından etibarən 44 günük müharibədə qazandığımız zəfəri kölgələmək üçün "rus ordusu Azərbaycana yerləşdirildi", "rus ordusu Qarabağdan çıxmayacaq", hətta "Qarabağ ruslara satıldı" kimi absurd iddialar irəli sürürdü.
Radikal müxalifətin başçısı kimi çıxış edən Əli Kərimli Azərbaycan hakimiyyətini "Rusiya ordusunu ölkəyə gətirməkdə" ittiham edir, onların heç vaxt getməyəcəyini bildirirdi.
Əli Kərimli iddia edirdi ki, "Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarına status verməyə hazırlaşır". Daha sonra "Rusiyaya hərbi baza veriləcəyi" kimi iddialar da tirajladı. Əli Kərimlinin bütün iddiaları və "proqnozları" alt-üst oldu. Rusiya sülhməramlılarına status verilmədi, sülhməramlı kontingent Qarabağı tərk etdi.
İndi Əli Kərimli bütün bu iddialarına görə üzr istəməlidir!
Sevinc Osmanqızı isə bir qədər də irəli gedərək, "Rusiya qoşunları girdikləri yerdən çıxmır" kimi arrumentlərə söykənərək, Qarabağdan da çıxmayacaqlarını bildirirdi. Onun ifşa olunduğu məşhur videosu var. Osmanqızı deyir: "Rusiya heç vaxt ölkəmizdən çıxamayacaq. Bunu demək yalandır. Yaşayarıq görərik, 2025-ci ilə az qalıb. 2025-ci ildə İlham Əliyev rus qoşunlarını ölkəmizdən çıxaracaqsa, mən ona "Bravo", "Müzəffər" deyəcəm. Amma bu olmayacaq. Rusiyanı Moldovadan, Gürcüstandan, hətta Ermənistandan çıxaracaqlar. Amma Azərbaycandan çıxarmayacaqalar".
Amma cənab İlham Əliyev Rusiya sülhməramlılarını vaxtından əvvəl Azərbaycandan çıxardı, heç 2025-ci ili gözləmədi. İndi Sevinc Osmanqızı bütün iddialarına və ittihamlarına görə üzr istəməli, Prezident İlham Əliyevə "Bravo, "Müzəffər" deməlidir.
Əli Kərimli və Sevinc Osmanqızından sonra onların tayı olan Qabil Məmmədov da hər iki qulağını kəsməlidir.
Xeyr, bunu biz demirik, özü deyir. 44 günlük müharibə getdiyi vaxt Qabil Məmmədov canlı yayıma çıxaraq bəyan etdi ki, "İlham Əliyev bir rayonu alarsa, qulağımızın birini kəsməsəm, tay qulaq gəzməsəm, kişi deyiləm".
Azərbaycan dövləti bir rayonu yox, bütün torpaqlarını aldı, Qabil Məmmədovun qulağı hələ də yerindədir. Daha sonra o, sülhməramlıların Qarabağdan çıxarılmayacağını, həmişəlik qalacağı deməyə başladı. Bu "proqnozu" da tutmadı. İndi Qabil Məmmədov qulağının hər ikisini kəsməlidir.
Azərbaycanın zəfərini kölgələmək üçün hər şeyə əl atan, hətta özlərini belə "mərcə" qoyan "söyüş müxalifəti" və radikallar ümumiyyətlə, səslərini kəsməli, susmalıdır! (Musavat.com) / konkret.az

Siyasi       Tarix: 18 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi son xeber.az xəbərlər.com ən son xəbərlər bugün