Ermənilər İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat planlaşdırır
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada işgüzar səfərdədir.
azxeber.com APA-ya istinadən xəbər verir ki, dövlət başçısı Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da keçiriləcək "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.
Lakin Azərbaycan Prezidentinin Almaniyaya səfəri erməni diasporu və bəzi dairələrin ürəyincə olmayıb.
Erməni lobbisi və onların havadarları Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiyaya hazırlaşırlar. Erməni dairələri aprelin 26-da Federal kanselyariyanın qarşısında Azərbaycan Prezidentinin səfərinə "etiraz" olaraq, piket keçiriləcəyini anons edib.
Aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək.
Qeyd edək ki, erməni dairələrin əsassız "aksiya şousu"na alət elədiyi Argentinadan olan Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və cinsi təqibdə ittiham olunan Okomponun Serj Sarqsyan, Arayik Arutunyanla dostluq münasibətləri var.
Məlumata görə, hazırlanan "aksiya" erməni lobbisinin sifarişi ilə keçirilir.
Azərbaycan Prezidentinin səfəri zamanı belə bir aksiyanın təşkil olunması təsadüfi deyil. Regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün belə ucuz şou qururlar. Delimitasiya prosesinə start veriləndən Ermənistanda baş verənlər proseslərin eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Ermənistandakı revanşist, sülhə qarşı çıxan qüvvələrin aksiyalarına Berlindəki erməni lobbisi və onların havadarları sabaha planlaşdırdıqları piketlə dəstək verməyi planlaşdırırlar.
Lakin bu aksiyanın heç bir əhəmiyyəti və təsiri yoxdur. Erməni lobbisinin və onların pulla ələ aldıqları şəxslərin məqsədi yalnız öz "fəallığını" nümayiş etdirməkdir.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev