Ermənistan növbəti fəlakət astanasında: Ölkədə "həyəcan təbili çalınır"

Ermənistan növbəti fəlakət astanasında: Ölkədə İrəvanın Qərbyönlü kursu Ermənistandakı bəzi siyasi dairələrdə narahatlıq yaradır. Erməni siyasi dairələrində hesab edirlər ki, onları Avropada heç kim gözləmir və hakimiyyətin bu addımı Ermənistanı növbəti fəlakətə sürükləyir. Bəzi ekspertlər bunu Gürcüstan, digərləri Ukrayna ilə müqayisə edirlər. Bildirirlər ki, Paşinyanın Qərb sevgisi erməni dövlətçiliyinin sonu ola bilər.
KONKRET.az xəbər verir ki, politoloq Arman Qukasyanın fikirincə, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya cəhdi növbəti fiaskoya uğramaqdadır.
Qukasyan hesab edir ki, köhnə dünyada baş verən son hadisələr İrəvan üçün risklər yaradır:
"Almaniyada Olaf Şoltsun son məğlubiyyəti Aİ-nin siyasi mənzərəsinin necə dəyişdiyinin parlaq nümunəsidir. Şolts səs-küylə seçkiləri uduzdu və istefa verdiyini açıqladı. Birinci yerdə Xristian Demokratlar Partiyasıdır, onun lideri Fridrix Merts kansler olmalıdır. Sağçıların və avroskeptiklərin artan populyarlığı Aİ-nin birliyini, eləcə də yeni ölkələrə inteqrasiya imkanlarını şübhə altına alır. Bir müddət əvvəl Brüsseldə kursu avropapərəst siyasətçilər diktə edirdisə, indi fərqli mənzərə müşahidə olunur. Bu hadisələr fonunda Ermənistanın Aİ-nin orbitində möhkəmlənmək cəhdləri perspektivsizdir. Aİ Ermənistanın tam inteqrasiyasını müzakirə etməyə belə hazır deyil.
Xatırladaq ki, bir qədər əvvəl Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano birbaşa bəyan etmişdi ki, Ermənistan-Aİ danışıqlarının təşkilata üzvlüyə namizədlik ehtimalı ilə heç bir əlaqəsi yoxdur. Və hətta yeni namizədlər, o cümlədən Ukrayna və Moldova artıq real maneələrlə üzləşib. Əslində, Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin Ukraynaya dəstək sammiti də təşkilatda daxili böhranın olduğunu göstərdi. Avropa İttifaqının ali nümayəndəsi Kaia Kallas Ukrayna bayrağının rənglərinə bürünərkən, Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp gözlənilmədən münaqişənin sülh yolu ilə həllinə ehtiyac olduğunu bəyan edib.
Avropalıların getdikcə daha çox sülhdən danışması təəccüblü deyil. Beləliklə, hazırkı Ermənistan hakimiyyətinin dünya düzənindəki köklü dəyişikliklər fonunda Aİ-yə inteqrasiya etmək istəyi sadəcə, ölkəmizə baha başa gələ biləcək strateji səhv hesablamadır".
Beləliklə, Ermənistanın Avropa İttifaqına üzvlüyə can atması Rusiyaya qarşı təzyiq kimi qiymətləndirilir. Moskva isə bir neçə dəfə Ermənistana Aİ-yə inteqrasiya ilə bağlı xəbərdarlıq da edib. Əks halda, İrəvan Rusiyanın patronajlığı altındakı iqtisadi təşkilatdan-Avrasiya İqtisadi Birliyindən qovula bilər. O zaman Ermənistana nə Avropa İttifaqı, nə də Fransa yardım göstərəcək.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 25 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar