Fransa post-müharibə dövründən anti-Azərbaycan mövqeyini göstərib' - Politoloq
"Fransa post-müharibə dövründə anti-Azərbaycan mövqeyini daim nümayiş etdirib. Əlində olan imkanlardan ölkəmizə qarşı istifadə edib".
Bu fikirləri azxeber.com-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Politoloqun fikrincə, Fransa nəinki Azərbaycanın, o cümlədən Rusiya və qardaş Türkiyənin də regional maraqlarına zərbə vurmaq istəyir:
"BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və Frankafoniya təşkilatı da xüsusi vurğulanmalıdır. Eyni zamanda, Fransa Cənubi Qafqazda Ermənistanı dəstəkləməklə, Rusiya və Türkiyənin regional maraqlarına zərbə vurmaq məqsədi güdür. Ölkəmizə qarşı məkrli və çirkin planlar iflasa uğradıqdan sonra Fransa Prezidenti Emmanuel Makron Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırdı və Yenisey sarayında onunla görüşdü. Bakı ilə Paris arasında münasibətləri birtərəfli qaydada pozan dövlət Fransadır. Birtərəfli qaydada Ermənistanı dəstəkləyən tərəf də Fransadır. Ermənistanı silahlandırmaqla regionda revanşizmi gücləndirmək istəyən ölkə də məhz Fransadır.
Azərbaycan balanslaşdırılmış, proqnozlaşdırılan, regionda sülhün möhkəmlənməsinə yönəlmiş mövqe nümayiş etdirən dövlətdir. Burada Fransanın pozuculuq və destruktiv niyyətləri sülhə zərbə vurur. Bununla yanaşı, Azərbaycan-Ermənistan arasında sülhün və təhlükəsizliyin əldə olunmasına maneçilik törədir".
Mikayıl Mirzəzadə

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi