Hacıyevin İsraildən sonra Türkiyəyə getməsinin PƏRDƏARXASI: Səfərlər arasındakı SİRLİ ƏLAQƏ
Azərbaycanın beynəlxalq siyasətdə öz yeri və rolu var. Xüsusən də 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra ölkəmizin siyasi imici xeyli artıb və Azərbaycan regional gücə çevrilib. Elə buna görədir ki, bölgə dövlətləri Azərbaycanla hesablaşır və rəsmi Bakının siyasi kursuna hörmətlə yanaşırlar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müstəsna rol da ölkəmizin gücünə güc qatıb. İndi Azərbaycan öz xidmətlərini regional münaqişələrdə vasitəçi kimi təklif edir. Bununla belə Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsi fonunda atılan addımlar, müttəfiq dövlətlərlə aparılan danışıqlar yeni imkanlar açır. Bir neçə gün ərzində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailə və Türkiyəyə səfəri də bu yöndə xüsusi qiymətləndirilə bilər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Taleh Əliyev bildirib ki, Türkiyə Azərbaycan üçün müttəfiq, İsrail isə strateji tərəfdaşlıq statusunda olan ölkədir:
"Azərbaycandan bu ölkələrə və hər iki ölkədən də Azərbaycana dövlət və hökumət başçıları, digər yüksək rütbəli diplomatlar səviyyəsində müntəzəm səfərlər olur. Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət İdarəsinin müdiri Hikmət Hacıyev bir müddət bundan əvvəl İsraildə, dünən isə Türkiyədə səfərdə olarkən hər iki ölkənin regional maraqları müstəvisində müzakirələr aparıb. Səfərlər arasında əlaqə axtarırqsa, burada şübhəsiz ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonrakı mərhələyə nəzər yetirmək lazımdır. Çox güman ki, Suriyanın yeni keçid hökumətinin Türkiyə ilə daha sıx əməkdaşlıq etməsində və İsrailin Suriya ərazisində təhlükəsizlik bölgəsinin genişləndirilməsi istiqamətində vasitəçiliyi Azərbaycan edə bilər. Nəzərə alaq ki, Azərbaycan yeni Suriya hakimiyyəti ilə münasibətlərini yaxşılaşdırmaq istəyir. Hətta Əsəd rejimi devrildikdən sonra Azərbaycan Suriyada yenidən öz səfirliyini bərpa edib. Və yeni Suriya hökumətinin başçısı Azərbaycana rəsmi səfərə dəvət edilib. Hikmət Hacıyevin Ankara səfərində ikitərəfli münasibətlərin müzakirəsiylə yanaşı, həm də qlobal və regional məsələlərin müzakirəsi də aparılıb. Deməli, Azərbaycan İsraillə Türkiyə arasında Suriya üzərindən münasibətlərin normal əməkdaşlıq müstəvisinə keçirə bilməsi üçün etibarlı partnyordur".
Vəli Həsənoğlu,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı