Hər gün avokado yeməyin xeyri

Hər gün avokado yeməyin xeyriAvokado sağlamlıq üçün xeyirli qidalardan biridir. Çalışın qida rasionunuza həftədə bir dəfə də olsa avokado daxil edin. 
KONKRET.az sizə bu tropik meyvənin yararlarından danışacaq. Tərkibində 20-yə yaxın vitamin və mineral vardır. Mis, dəmir, maqnezium və fosforla yanaşı A, B, C, E və K vitamini ilə də zəngindir.
Hər bir meyvə kimi avokadonun da tərkibində karbohidrat var, lakin bu meyvə ən sağlam meyvələr sırasındadır.
Avokado E vitamini deposudur və protein baxımından zəngindir. Bu 2 elementin sayəsində bir çox xəstəliklərə qarşı güclü vasitədir.
Avokado artıq çəki, ürək-damar sisteminin zəifliyi, sağlam olmayan dəri və saç, həzm prosesinin narahatlığı kimi bir sıra xəstəliklərin əleyhinə istifadə oluna bilər.
Çəkiyə nəzarət
Avokado zəngin tərkibi sayəsində həm ləziz, həm də sağlam qidadır. Həzm prosesini yaxşılaşdırır və toxluq hiss yaradır. Bu baxımından pəhrizdə olan xanımlara avokado məsləhət görülür.
Ürəyin dərmanıdır
Avokadonun tərkibində olan bir sıra minerallar ürək-damar sisteminə müsbət təsir göstərir. Həmçinin bir avokado gündəlik fol turşusu ehtiyacınızın 23%-ni qarşılayır.
Gözlər üçün əvəzedilməzdir
Sağlam gözlər üçün əslində çox böyük müalicələrə və ya əməliyyata ehtiyac yoxdur. Avokado güclü antioksidant tərkibi ilə yaranan travmaları və yaşla əlaqəli meydana gələn zəifləmələri aradan qaldırmağa yardımçıdır.
Xərçənglə mübarizə aparır
Avokadonun xərçəngin qarşısını aldığı elmi bir həqiqətdir. Həmçinin xərçəng xəstəliyi ilə  mübarizədə kimyəvi müalicənin əks təsirlərini də azaltdığı təsdiq olunub. Araşdırmalar göstərir ki, avokadonun özündə olan bir maddə prostat xərçəngi hüceyrəsinin böyüməsinin qarşısını alır.
Uşaqlar üçün çox faydalıdır
Avokadonun tərkibindəki fol turşusu uşaqlar üçün də çox faydalıdır. Xüsusilə, proteinlər uşaqların sağlamlığına xeyirdir. Həmçinin, Maqnezium, B1, B2 vitaminləri baxımından zəngin olması uşağın fiziki və zehni inkişafına da təkan verir.
Depresiya ilə mübarizə aparır
Əgər depresiyadasınızsa, bir avokado sizin əhvalınızı yüksəldəcək. Homosisteyinin yaratdığı halsızlıq, iştahasızlıq və yuxusuzluq avokado vasitəsilə aradan qaldırıla bilər.
Həzmə kömək edir
Təbii liflərdən ibarət olan avokado qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.
Xolesterinin qarşısını alır
Tərkibindəki sağlam yağlar xolesterin riskini azaldır.
Təzyiqi normallaşdırır
Əgər yüksək təzyiqdən əziyyət çəkirsinizsə, sizə avokadonu məsləhət görürük. Tərkibindəki maqnezium və potasyum qan təzyiqinizi normada saxlayacaq.
Təmiz dəri üçün
Avokadonun tərkibindəki A, C və E vitaminləri dəriyə çox xeyirdir. Lakin bunun üçün avokadonu yemək deyil, əzərək dəriyə tətbiq etmək lazımdır. Avokado dərinizi yumşaltmaqla yanaşı, yaranan ləkələri aradan qaldıracaq və günəşin zərərli təsirlərindən qoruyacaq.//Axşam.az

Sağlamlıq       Tarix: 24 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda havanın temperaturu cəbhədən video valyuta