İlham Əliyev Azərbaycanı regionun aparıcı dövlətinə necə çevirdi? - ŞƏRH

İlham Əliyev Azərbaycanı regionun aparıcı dövlətinə necə çevirdi? - ŞƏRHQarabağdakı parlaq və misilsiz qələbəmiz həmin ərazilərdəki rayonlarımızın işğal tarixlərini birdəfəlik gündəmdən çıxardı. Amma bu o demək deyil ki, biz həmin faciəli günləri unutmuşuq.
Xalqımızı dəhşətə gətirən, neçə vətənpərvərin, sözün həqiqi mənasında, ürəyinin partlamasına səbəb olan həmin faciəli günlərdən ikisi may ayının payına düşür. İndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun şücaəti sayəsində artıq 4 ildir biz may ayında ağır hisslər keçirmirik. Çiyinlərimizdən böyük yük götürülüb. Halbuki, düz 28 il ərzində 8 may və 18 may günlərində dərin kədərə boğulurduq. Amma istiqlal şairimiz Əhməd Cavadın təbirincə desək, dövlət başçımızdan tutmuş sıravi vətəndaşadək hər birimiz "hər ildə bir mayısa lap çox ümidlər bağlardıq". Dövlətçilik tariximizin şanlı səhifələrindən olan 28 May ilə nə qədər qürur duyurduqsa, 8 may və 18 may tarixləri önündə bir o qədər xəcalət çəkirdik.
1992-ci il mayın 8-də alınmaz qala olan Şuşa itkisi ilə qarşılaşdıq. Bu azmış kimi dinc, günahsız əhalimizi Xocalı soyqırımından qoruya bilməyən, bu hərbi cinayət barədə xalqa yalan məlumat verdirən, xalqın tələbi ilə istefaya getməyə məcbur olan, Azərbaycanın maraqlarını qorumaqda acizlik çəkən Ayaz Mütəllibov öz ağası saydığı Rusiyanın təhriki ilə yenidən hakimiyyətə qayıtmaq istədi. Görünməmiş rüsvayçılıq və müstəqilliyimizə təhlükənin yaranması xalqın səbrini daşırdı. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında müstəsna rolu olan dahi şəxsiyyət Heydər Əliyevin dəstəyi cəmiyyətimizin mütərəqqi qüvvələrini ruhlandırdı. Onlar mayın 15-də Ayaz Mütəllibovun birgünlük iqtidarına son qoydular və müstəqilliyə yönəlmiş təhlükəni aradan qaldırdırlar. Yaranmış fürsətdən yararlanan AXC-Müsavat qüvvələri hakimiyyətə gəldi. Çox təəssüf ki, AXC-Müsavat qüvvələri İsa Qəmbərin parlamentin sədri olmasını 9 ölkə ilə razılaşdırarkən Laçın da əldən getdi. Çünki AXC-yə tabe olan hərbi hissələrin cəbhə bölgələrindən Bakıya gətirilməsi, Laçının müdafiəsiz qalması başı vəzifələrin bölüşdürülməsinə qarışanların vecinə deyildi…
Bu il mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edən və şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı da Prezident İlham Əliyev həmin günləri  bir daha "hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi" kimi dəyərləndirdi.
"Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağı vəd edən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar", – deyə dövlət başçımız nəzərə çatdırdı.
Dövlət başçımız xüsusilə vurğuladı ki, məhz həmin qüvvələr bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar: "…ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamağa, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Siz ki, bunu yaxşı bilirsiniz. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi".
Bundan başqa, AXC-Müsavat iqtidarındakı müəyyən qruplaşmaların hakimiyyət ambissiyaları səbəbindən dövlət quruculuğunun bütün sahələrində, o cümlədən demokratiya sahəsində elə böyük səhvlərə yol verildi ki, bu iqtidarın ömrü cəmi bir il sürdü. "Bizi düşdüyümüz fəlakətdən və bəladan yalnız Heydər Əliyev qurtara bilər" çağırışları ölkəmizin bütün bölgələrini, xüsisilə münaqişə zonasındakı ətraf rayonları bürüdü. Minlərlə adam mitinq və nümayişlərə Heydər Əliyevin portretləri ilə çıxmağa başladılar.
Məhz xalqımızın müdrikliyi sayəsində Heydər Əliyev yenidən ölkə rəhbərliyinə gəldi və müstəqil Azərbaycan dövlətinin bütün təhlükələrdən xilas olması yolunda misilsiz xidmətlər göstərdi. Heydər Əliyevin heç bir təhdid qarşısında geri çəkilməməsi, dövlətin taleyinə, öz vəzifəsinə məsuliyyətlə yanaşması əsl dövlət adamının necə olduğunu bütün ölkəyə nümayiş etdirdi.
Çox təəssüf ki, onun ömrü Azərbaycanın indiki dövrünü görməyə çatmadı. İndi dövlətimizin tələbi ilə bir güllə belə atılmadan Qazaxın dörd kəndinin bizə qaytarılması, Rusiya sülməramlılarının Qarabağın Xocalı rayonundan birdəfəlik yola salınması, Azərbaycanın bölgədə söz sahibinə çevrilməsi nəhəng  nailiyyətdir. "Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir", – deyə Prezident İlham Əliyev bildirir.
Bu fonda isə AXC-Müsavat iqtidarından qalma qüvvələrin, onların tez-tez göründükləri bəzi internet televiziyalarının Ermənistanın baş naziri Paşinyanı bəh-bəhlə regionun "ən böyük demokratı" və Gürcüstanı regionun aparıcı demokratik dövləti kimi qələmə vermək istəkləri iflasa uğramaqdadır.
Əslində dərindən düşünsələr, Paşinyanı çox da tərifləməzlər. Çünki AXC-Müsavat iqtidarının küçə mitinqləri və nümayişləri vasitəsilə hakimiyyətə gələn Paşinyan qədər də ola bilmədiyi ortadadır. Paşinyan 2018-ci ilin mayından Ermənistanın baş naziridir. Hətta ölkəsinin Azərbaycana biabırçı məğlubiyyəti belə Rusiyanın onu hakimiyyətdən kənarlaşdırmasına gətirib çıxara bilmədi. Amma bizim AXC-Müsavat qüvvələri Rusiyanın adi əlaltısı Surət Hüseynovun qarşısından qaçdılar. Gürcüstanı "regionun aparıcı dövləti" adlandıranlar heç düşünmürlər ki, ərazi bütövlüyünü indiyədək bərpa edə bilməyən, maliyyəsi xarici ölkələrdən asılı olan dövlət həmin statusa malik ola bilməz. Qərbin qrantları sayəsində təşəkkül tapan qeyri-hökumət təşkilatlarının mövcudluğu "aparıcı dövlət" demək deyil. Bu, necə "aparıcı" dövlətdir ki, Gürcüstanın demokratikləşməsində böyük rol oynayan, ölkəsinin gələcəyini Avro-Atlantik məkanda görən Mixail Saakaşvili indiyədək həbsdədir.
Məhz üzərindən illər keçəndən sonra Azərbaycan rəhbərliyinin vaxtında düzgün qərarlar qəbul etməsinin xalqımızın maraqları baxımından necə önəmli olduğu aydınlaşır. Təqdirəlayiqdir ki, rəsmi Bakı ölkəmizi təkcə bütün dünyaya öz maraqlarını diktə edən imperialist dövlətlərin dağıdıcı təsirlərindən qorumur, həm də anti-milli fəaliyyətin qarşısını alır. Buna görə də bu gün Ermənistan və Gürcüstan "qazan kimi qaynayır", Azərbaycanda isə sabitlik hökm sürür, azad edilmiş Qarabağ yenidən və möhtəşəmcəsinə qurulur.
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 16 may 2024
f Paylaş

Oxşar xəbərlər

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler bu gune olan xeberler xeber.az bu gun cəbhədən son məlumatlar