İqtidarla müxalifət arasında təmaslar üçün artıq vasitəçiyə ehtiyac duyulmur

İqtidarla müxalifət arasında təmaslar üçün artıq vasitəçiyə ehtiyac duyulmur"Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi "
"Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər-hansı bir xarici təşkilata və ya vasitəçiyə ehtiyac duyulmur".
Bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.
Administrasiya rəsmisi deyib ki, qeyd olunan amil siyasi dialoqun ən böyük uğurlarından biridir və bu amil müstəqil siyasətin aparılması üçün tutarlı zəmindir: "Yeni münasibətlər sisteminin ideoloji bünövrəsini cəmiyyət və dövlətin inkişafı naminə etibarlı münasibətlər təşkil edir. Bu mənada siyasi dialoq əvəzolunmaz mahiyyətə malikdir. Prezidentin müvafiq Sərəncamı ilə 2025-ci il "Konstitusiya və suverenlik ili" elan edilib. Cari ilin bu cür adlandırılması bir daha ideoloji müstəvidə təbliğat işlərinin aparılmasını zəruri edir. Əlbəttə ki, dövlətçilik, suverenlik və millilik kimi ideoloji amillərin cəmiyyətdə doğru səpgidə aşılanması məsələlərində siyasi partiyalar fəal iştirak etməlidirlər. Əslində, bu cür məsələlər bizim birgə əməkdaşlıq əlaqələrimizin əsas istiqamətlərindən biri olmalıdır".
Şöbə müdiri deyib ki, ötən 5 ildə siyasi partiyalarla birlikdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin yol qət edilib: "Etibarlı tərəfdaşlıq hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi".
Həmrəylik mühitinin əsasları daha da güclənir
Şöbə müdiri qeyd edib ki, Prezident seçkilərində bütövlükdə Azərbaycan xalqı, o cümlədən siyasi partiyalar aktivlik nümayiş etdirib: "Xüsusi olaraq vurğulamaq istərdim ki, qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülüb. Həmçinin, seçkilərdə siyasi partiyaların irəli sürdüyü müşahidəçi və məşvərətçilərin sayında əhəmiyyətli artım olub, 2018-ci il prezident seçkilərində 62 siyasi partiyadan 14 siyasi partiya 36.315 müşahidəçi və məşvərətçi ilə iştirak etdiyi halda, ötən ilin seçkilərində dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 19 siyasi partiya 51.756 müşahidəçi və məşvərətçi ilə iştirak edib. Beləliklə, siyasi partiyalar nəinki ölkənin siyasi həyatında, hətta müxtəlif müstəvilərdə birincilik uğrunda rəqabətdə də fəal iştirak edirlər".
PA rəsmisi bildirib ki, bu rəqabət partiyaların siyasi institut kimi inkişafında əvəzolunmaz əhəmiyyətə malikdir: "Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq ilk dəfə Prezident seçkilərindən sonra 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək namizədi təbrik ediblər. Bu, olduqca önəmli məsələdir. Məhz bu cür təcrübələrin inkişafı sayəsində demokratik ənənələrin dərinləşməsi baş verir və həmrəylik mühitinin əsasları daha da güclənir".
///APA / azxeber.com

Siyasi       Tarix: 26 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar