"İran yeganə yəhudi dövlətini yer üzündən silmək istəyir" - Bayden
ABŞ prezidenti Co Bayden Konqresi onun İsrail və Ukraynaya yardım tələbini təsdiqləməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, "Wall Street Journal" nəşrinə verdiyi müsahibədə danışıb.
Amerika prezidenti Ukrayna ordusunun bütün cəbhə xətti boyunca Rusiyanın hücumunu necə dəf etdiyini deyib. O, həmçinin İsrailin müttəfiqləri ilə birlikdə keçən həftə sonu İrandan iri raket və pilotsuz təyyarə hücumunun qarşısını aldığını vurğulayıb.
"Həm Ukrayna, həm də İsrail onları məhv etməyə çalışan mənfur düşmənlərin hücumu altındadır. Putin Ukrayna xalqını özünə tabe etmək və onları yeni Rusiya imperiyasına birlışdirmək istəyir. İran hökuməti İsraili əbədi olaraq məhv etmək, dünyanın yeganə yəhudi dövlətini yer üzündən silmək istəyir", – deyə Bayden bildirib.
Onun fikrincə, ABŞ bunu qəbul etməməlidir, çünki özünün də təhlükəsizliyimiz təhlükə altına düşür:
"Rusiya qalib gəlsə, Putinin qoşunları NATO müttəfiqlərimizə həmişəkindən daha çox yaxınlaşacaq… Putinin NATO müttəfiqlərimizə müdaxiləsini dayandırmaq və Amerika qoşunlarını gələcək müharibəyə sürükləməməsini təmin etmək üçün indi Ukraynaya dəstəyi artırmalıyıq", – deyə bəyan edib.
Burhan,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi