İrandan Azərbaycana qarşı həyasız iddia

İrandan Azərbaycana qarşı həyasız iddiaİran prezidenti COP29-da şəxsən iştirak etməli idi, lakin sionist rejimin rəsmisinin iştirakı səbəbindən sammitə gəlmədi.
KONKRET.az "Nyus.am"a istinadla xəbər verir ki, bu iddianı İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki səsləndirib.
O qeyd edib ki, Azərbaycan Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib:
"Ən mühüm maneə İsraili enerji ilə təmin etmək məqsədilə Azərbaycanda ingilis-sionist şirkətlərin olmasıdır ki, bu da mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna ziddir.
Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Biz buna daha ciddi nəzarət edəcəyik".
Zəruri olaraq qeyd edək ki, Pezeşkianın COP29-un Liderlər Sammitində iştirak etməməsinin səbəbi kimi İsrail rəsmilərinin bu tədbirə qatılmasının göstərilməsi haqda iddialar tamamilə yalan və riyakarlıqdır. Çünki İsrail Prezidentinin Ofisi İshaq Hersoqun Azərbaycana "COP29 tədbirlərinin ikinci həftəsində gedəcəyi" haqda rəsmi açıqlama yaymışdı (Türkiyə hava məkanını açmadığı üçün bu səfər də ləğv edildi). Yəni İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. İran Prezidenti Pezeşkianın isə Liderlər Sammitində iştirak edəcəyi rəsmən təsdiqlənmişdi. Ancaq Pezeşkian heç bir rəsmi açıqlama vermədən səfərini ləğv etdi.
Digər tərəfdən, İran ekologiyaya ziyan vurmaq baxımından Azərbaycanı ittiham edə biləcək ən son ölkədir. İslam Respublikası bu vaxta qədər COP konfranslarında heç vaxt yüksək səviyyədə iştirak etməyib, üzərinə heç bir öhdəlik götürməyib, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə bu vaxta qədər bir qəpik də vəsait xərcləməyib.
Azərbaycan Xəzərdən nefti ən son texnologiya ilə çıxarırsa, İran köhnəlmiş avadanlıqlardan istifadə edir, çünki sanksiya səbəbindən yeni texnologiyalara İranın çıxışı yoxdur. İran hansı üzlə Azərbaycanın Xəzərdən çıxartdığı neftə görə dənizi çirkləndirdiyini iddia edə bilər?
O ki qaldı "İsraili enerji ilə təmin etmək məqsədilə" Xəzərdən neft çıxarılmasına, bu da Azərbaycana qarşı İranın həyasız şəridir. Azərbaycan neft ixrac edən ölkədir və pulunu ödəyənə neftini satır. İran isə onillərdir Azərbaycanın düşməninə neft, qaz, silah satmır, bir çox halda pulsuz, yardım kimi göndərir. Azərbaycanın öz neftini dünya bazarına çıxarması "qonşuluq prinsipinə" ziddmiş, ancaq İranın qonşuluqdakı xristian düşmənə Azərbaycana qarşı bütün vasitələrlə pulsuz silah, sursat, raket, neft bağışlaması "şiə qardaşlığı" imiş?/axaraz

Siyasi       Tarix: 19 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun son xeber az sou xeberler axsam.az xeberler