İrəvandan təzminat almağın bir neçə forması var: "Maliyyə durumu imkan vermirsə..."

İrəvandan təzminat almağın bir neçə forması var: "Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladıqları ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib".
KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Turan Rzayev deyib.
O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə geniş bərpa prosesi aparılsa da, dağıntılar olan yerlərdə erməni vandalizminin miqyasını aydın şəkildə görmək olur:
"Yüzlərlə yaşayış məntəqəsi tamamilə yerlə-yeksan edilib. Ermənsitanla Azərbaycan arasında sülh danışıqlarından və ilkin sülh müqaviləsindən danışarkən daha çox delimitasiya, demarkasiya prosesindən, anklav, eksklavların taleyindən, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddiasını özündə ehtiva edən bəndlərin dəyişdirilməsindən bəhs edirik. Lakin yuxarıdakı faktlar gözardı edilməməli və rəsmi İrəvan Birinci Qarabağ müharibəsi, 30 illik işğal dövrü və İkinci Qarabağ müharibəsi zamanı ərazilərimizə vurduğu ziyana görə təzminat ödəməlidir. Prinsip etibarilə bu məsələ bir müddətdir gündəmdən çıxmış kimi görünsə də, aktual saxlanılması və sülh müqaviləsində qeyd edilməsi vacibdir. Rəsmi Bakı sülh müqaviləsinin imzalanmasında maraqlı, hətta israrlıdır. Regionda yeni eskalasiya bizə lazım deyil. Bununla belə sülhün qalıcı olması üçün bütün problemli məsələlərin müqavilədə əks olunması və riayət edilməsi də vacibdir. Ermənistanın Azərbaycana ödəyəcəyi təzminat da bu məsələlərdən biridir. Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Əgər mənəvi ziyan Ermənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvidə birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiyasını nəzərdə tutur".
Müəllif bildirib ki, Ermənistanın işğal etdiyi ərazilərə vurduğu zərərin həcmi Vətən müharibəsindən sonra hesablanıb:
"İrəvanın təzminat ödəməsi bir neçə formada həyata keçirilə bilər. Birincisi, Ermənistan bu təzminatı özü ödəməlidir. Maliyyə durumu imkan vermirsə, beynəlxalq təzminat fondu yaradılmalı və İrəvanın "dostları" həmin fond vasitəsilə təzminatın ödənilməsində iştirak etməlidir. Müqayisə üçün deyim ki, son zamanlar Fransa, ABŞ, Aİ Ermənistana təmənnasız yardımlar edir. Bu yardımların böyük əksəriyyəti İrəvanı Rusiyanın təsirindən çıxarmağa hesablanıb. Bu mənada havadarları Ermənistana Azərbaycana təzminat ödəmək üçün də yardım edə bilər. İkincisi, Ermənistanın öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razılaşmasına getməsi mümkündür. Bu, Ermənistanın müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməsini və ya bu ərazilərdə müəyyən fəaliyyət sferalarının uzunmüddətli konsessiyasını özündə ehtiva edə bilər. Təbii ki, bu təklifi Ermənistanın ərazi bütövlüyünə hörmətsizlik hesab edənlər olacaq, amma tarixdə bunun örnəyi var. Misal üçün, İkinci Dünya müharibəsindən sonra Şərqi Rusiya ərazisi Polşaya təzminat kimi verildi. Ermənistan təzminat müqabilində Türkiyə ilə sərhədimizi genişləndirəcək müəyyən ərazi (İqdır tərəfdə) və ya Zəngəzur dəhlizi boyu torpaqları verə bilər".
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 24 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya

"Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Bu da ondan irəli gəlir ki, biz qonşu və qohum xalqlarıq, müxtəlif sahələrdə ortaq maraqlarımız var. Çalışmalıyıq ki, bütün imkanlardan istifad

"İranın uzantıları dövlətimizi hədəfə alır" – Azər Həsrət

"İran Azərbaycan müstəqilliyini əldə etməyə başladığı dövrdən bu günə qədər ölkəmizdə din adı altında maskalanaraq özünə bir şəbəkə qurub". Bu sözləri -a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. . O qeyd edi

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib. xəbər verir ki, bu barədə nazir "X" sosia

Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar 

"Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarının dəstəklənməsi və 2028-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bəyan etməsi ölkəmizin təşkilat çərçivəsində fəallığının artırılması, regional əməkdaşlığı

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

İranın daxili işlər naziri İsgəndər Mömini göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. xəbər verir ki, bu barədə İsgəndər Mömini İlham Əliyevlə görüşə zamanı bildirib. Nazir qeyd edi

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. KONKRET.azmüraciətin mətnini təqdim edir:. "Hörmətli tədbir iştirakçıları!

AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktor

Azər Həsrət: "Təəssüf ki, qardaş Türkiyə bu cür davranışla İranın yanında yer almış oldu..."

"Təəssüflər olsun, həftələrlə apardığımız izahat işinə baxmayaraq qardaş Türkiyədə bəlli mərkəzlər Azərbaycanı İran ağzı ilə tənqid və təhqir etməyə davam edir. Mən bir neçə video çəkərək türk dilində paylaşımlar etmişəm

Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib. xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən son dəqiqə sonxabar dunyada son xeberler