"İşgüzar Qadınlar Liqası" tədbiri keçirilib - FOTO

"İşgüzar Qadınlar Liqası" tədbiri keçirilib - FOTOAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların iştirakı ilə "İşgüzar Qadınlar Liqası" tədbiri keçirilib.
Agentlikdən Trend-ə bildirilib ki, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın ictimai-siyasi həyatında qadınların fəaliyyətini vurğulayıb, qadın sahibkarların məşğulluğun artmasında, özəl bölmənin inkişafında rolunu qeyd edib, bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Nazir müavini qadın sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsinin və qadınlarda biznes fəaliyyətinə marağın artırılmasının önəmini diqqətə çatdırıb, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara uğurlar arzulayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində öz biznesini qurmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla sıx əməkdaşlıq etdiyini, KOBİA-nın dəstək və xidmətlərindən qadınların da yararlandığını bildirib.
Tədbir çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, millət vəkili Qənirə Paşayeva, sahibkar Rəna Yüzbaşı Azərbaycan qadınlarının bütün sahələrdə fəallıq nümayiş etdirdiklərini, qadınların sahibkarlığın və digər sahələrin inkişafında rolunu diqqətə çatdırıblar.
Tədbirdə sahibkar qadınlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, KOBİA-nın dəstək və xidmətlərindən istifadə edərək öz biznesini quran və genişləndirən qadınlar barədə "Uğur sahibləri" filmləri nümayiş olunub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 05 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler xeberler bu gun qurban bayrami 2026 metbuat