Kimlərə düşbərə, xəngəl yemək olmaz? - ZƏRƏRİ
Sağlam insanın menyusunda düşbərə, xəngəl, mantı, pelmeni olmalıdır. Qış aylarında yağlı ətlə xəmir yeməyi bədəni qüvvətli və isti edir.
Lakin bəzi xəstəlikləri olan insanlar bu dadlı yeməklərin tərkibinə fikir verməli və onları özlərinə uyğun hazırlamalıdır.
KONKRET.az xəbər verir ki, hazır satılan və restoranlarda verilən düşbərə, gürcü xəngəlinin içinə çox yağlı ət, donuz əti, farşa əlavə olaraq piy, yağ qatılır. Bunu yeməyin dadını yaxşılaşdırmaq və düşbərəni daha yumşaq etmək üçün edirlər. Ona görə ürək, təzyiq, şəkər xəstələri, piylənməsi olanlar əmin olmalıdır ki, ət yağsız ətdir, ona piy qatılmayıb, yaxşı olar ki, onlar üçün bu yeməklər qırmızı yox, ağ ətdən yəni filedən hazırlansın.
Yağlı qoyun ətindən qaçmaq lazımdır.
Düşbərə, xəngələ əlavə ədviyyatlar, duz qatırlar. Bu da insanı daha çox xəngəl sifariş etməyə sövqləndirir.
Qeyd etdiyimiz xəstələrin düşbərə, xəngəlinə duz qatılmamalıdır. Eləcə də un ağ yox, kəpəkli və çovdar unundan olmalıdır. Pelmeni, xəngəli hər hansı tərəvəzli salatla uzlaşdırmaq lazımdır. Mütləq ondan öncə təzə salat yeyin.
Qastriti, mədə-bağırsaq xorası olanlar, oynaq iltihabı, podaqranın kəskin fazasında bu yeməkləri yemək olmaz./Medicina.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto