KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi - FOTO

KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi - FOTOAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri KOBİA-da olublar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOSGEB sədri Cəvahir Uzkurt arasında keçirilmiş görüşdə mövcud əməkdaşlığa və əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb, tərəflər qarşılıqlı olaraq fəaliyyətlərindəki yeniliklər, KOB-lara göstərilən dəstək və xidmətlər, bu sahədə nəzərdə tutulan layihə və digər tədbirlər barədə məlumat veriblər. Görüşdə hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinin, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasının, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasında KOB-ların rolunun aktivləşdirilməsinin önəmi vurğulanıb.
Görüş çərçivəsində KOBİA və KOSGEB arasında Birgə Fəaliyyət Planı imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və KOSGEB sədri Cəvahir Uzkurt tərəfindən imzalanmış sənəddə KOB-lar üçün dövlət dəstəyi mexanizmlərinin təsirinin müəyyən edilməsi və effektivliyinin artırılması sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycan KOB-larına dair geniş məlumat bazasının hazırlanması üçün birgə İşçi Qrupunun yaradılması, KOB sahəsində investisiya qoyuluşunun təmin edilməsi üzrə Türkiyənin İnkişaf və İnnovasiya Fondunun təcrübəsindən yararlanmaq, birgə KOB inkişaf fondlarının formalaşdırılmasında əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.
Sonra KOBİA, KOSGEB, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB), sahibkarlar assosiasiyalarının, eləcə də sənaye, bank, tikinti, satış, qida istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə Dəyirmi Masa təşkil olunub. Dəyirmi masada Azərbaycan və Türkiyə sahibkarları arasında əlaqələr, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, təkliflər səsləndirilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
KOSGEB nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyində, AZPROMO, Sahibkarlığın İnkişafı Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunda görüşlər keçirəcəkdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum sonxeber cəbhədən son xeber bugunun xeberleri