Koçaryan: "Başımızı quma soxmuşuq, arxamız qalıb çöldə"

Koçaryan:

" class="imgbcode" />"Bu gün bizə Nikoldan sonra nə edəcəyimizi dəqiq deyəcək bir xilasedici, peşəkarlar qrupu lazımdır".
KONKRET.az xəbər verir ki, bu sözləri ermənilər arasında daha çox tanına mədəniyyət məsələləri üzrə texnoloq Karen Koçaryan vurğulayıb.
Onun sözlərinə görə, "Bəzən erməni ziyalılarının işlətdiyi "xalq yatıb" ifadəsi düzgün deyil.  Çünki bu xalq heç zaman yatmayıb. Sadəcə müharibədən sonrakı dövrdə cəmiyyət şok bir yaşayır və bu şokdan ayılmır. Bizə indi elə elita, lider lazımdır ki, cəmiyyətimizi o vəziyyətdən çıxarsın, travmatik zədələr hər addımda dərinləşməsin. İnsanlarda qorxu, pis, neqativ mövzular üstünlük təşkil etməsin. Bəzilərində "dəvəquşu sindromu" hələ də qalmaqdadır. Yəni başımızı quma soxuruq, arxamız qalır çöldə.
Ermənistanda azad və sərbəst danışan çox az ziyalı var idi, 2018-ci ildə ziyalılar yalnız Serj Sarkisyanın istefasından sonra danışmağa başladılar. Lakin bu gün ziyalımız çox güzəştə gedir. Amma nə qədər qəribə olsa da, indiki gənclər parlaq musiqiçi Tiqran Mansuryandan, Ovannes Çekiçyandan, Ruben Matevosyandan daha cəsarətlidirlər. Mən başa düşmürəm ki, bu gün öz fikrini bildirməkdən çəkinən, hakimiyyətə yaltaqlanan akademiklər nədən qorxur?
Bu gün hər kəs öz ambisiyalarını bir kənara qoyub öz resurslarını və ideyalarını birləşdirməlidir. Çünki Nikolun ideologiyası yoxdur, o hər şeydən məhrumdur. Ona görə də müxalifət yeni ideyalar və yanaşmalar, alternativ, deyilməyənlər təklif etməlidir. Rəhbərlik, komanda olmalıdır və onlar Nikoldan sonra nə edəcəklərini deməlidirlər.
Liderlər kim olmalıdır? Bu vəziyyətdən çıxmağın mümkünlüyünü görən peşəkarlar bu çuxurdan çıxış yollarını göstərsinlər. Bu gün bizə bu böyük çuxurdan çıxarıcı lider lazımdır. Amma görünən odur ki, bu gün məsuliyyəti öz üzərinə götürmək istəyən siyasətçi, ziyalı yoxdur. Doğrudur, ölkədə vəziyyət bir qədər fərqlidir: bütün sektorlar fəlakətli vəziyyətdədir, bunun üçün hüquqşünaslar, iqtisadçılar, diplomatlar… peşəkarlar lazımdır. İnsanların peşəkar qabiliyyətlərinə inandıqları rəhbərlər, mütəxəssislər qrupu olmalıdır.
Nikol Paşinyan deyir ki, danışıqlar masası arxasına əyləşən Ermənistan və Azərbaycan nümayəndələri ilk dəfədir ki, sərhədin demarkasiyası məsələsini müzakirə edirlər. Nikol, sən ən yaxşı halda stolun altındasan, hansı stoldan, masadan danışırsan? Hətta danışıqlar otaında olmaya da bilərsən, çünki danışıqlar otağında oturanlar sənə nə olduğunu deyirlər.
Hər şey xalqa izah edilməli və konkret misallarla göstərilməlidir ki, 2018-ci il inqilabından sonra işə velosipedlə gedən baş naziri bu gün zirehli maşınlar və çoxlu sayda cangüdənləri müşayiət edir, həyat yoldaşı mühafizəçilərin əhatəsində görüşlər təşkil edir.
Ümumi konsensus əldə olunmalıdır, bu hakimiyyətə qarşı olanların hamısı hansı qanaddan olmasından asılı olmayaraq birləşməlidir. Bu vəziyyətdə ən böyük problem bütün resursların birləşdirilməməsidir. Kritik anlarda əməkdaşlıq etmək lazımdır, çünki bu, bütün dünyada qəbul edilir.
Dünya bilməlidir ki, bu hakimiyyətin "delimitasiya" kimi etdikləri qanuni deyil, bu delimitasiya prosesinin legitim olmadığı bütün əlaqədar instansiyalarda müəyyən edilməlidir.
Yalandır ki, Ermənistan xarici siyasi vektoru dəyişir, bütün bunlar blefdir. Qərb də hiss edib bunu. Sadəcə bu böyük oyunda hər kəsin öz marağı var, bircə Ermənistandan başqa.
Cəmiyyət mübarizə aparmalı, güzəştə getməməli, hər kəs öz yerində öz işini görməlidir. Vətəndaşlar, batan Titanikdə skripkaçı olmamalıdır".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 30 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli


azerbaycan xeberleri son xeberler yeni xeberler bugunun xeberleri cəbhədən son xeber en son xeberler bu gun