Koronavirus dünya iqtisadiyyatına 2,7 trilyon dollara başa gələ bilər
Koronavirusunun yayılmasına görə, dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarına qədər (2.38 trilyon avro dəyərində) itirə bilər.
Milli.Az APA-ya istinadən bildirir ki, bu məlumatları agentliyin mütəxəssisləri açıqlayıb.
Tədqiqatçılar bu xəstəliyin iqtisadiyyata təsir ssenarilərini göstəriblər. Bildirilir ki, əgər xəstəliyin yayıldığı yer, Çin hakimiyyəti prosesləri nəzarət altına alsa və ilin ikinci rübündə virusun ölkə iqtisadiyyatında yaratdığı fəsadlarla mübarizə apara bilsə, dünya iqtisadiyyatına dəyən zərər əhəmiyyətsiz olacaq.
Lakin onlar bunun öhdəsindən gələ bilməsə və Cənubi Koreya, Yaponiya, Almaniya, İtaliya, Fransada xəstəlik daha çox yayılarsa zərər böyük olacaq, 2020-ci ildə qlobal iqtisadiyyat cəmi 2.3 faiz artacaq. Hansı ki, virusun yayılmasından əvvəl iqtisadi artımın 3,1 faiz olacağı proqnozlaşdırılmışdı.
Növbəti ssenari, martın əvvəlinə qədər yoluxma hallarının geniş miqyasda yayılması ilə bağlıdır. Bu halda isə dünya iqtisadiyyatına böyük zərər dəyəcək, çünki infeksiyanın yayılması ilə mübarizə aparacaqlar. Onların fikrincə, qlobal iqtisadi artım 1,2 faizə çatacaq, Avrozona və Yaponiya tənəzzüllə üzləşəcək və ABŞ-da işsizlik səviyyəsi artacaq. Beləliklə, bu səbəbdən dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarını itirəcək və bu ssenari ABŞ-da prezident seçkilərinin nəticələrinə də təsir göstərəcək.
Milli.Az /news.milli.az

Dünyada bu meyvə bahalaşacaq
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı