Koronavirusun yeni dalğası: Şanxaya on mindən çox həkim göndərildi
Çin hakimiyyəti koronavirusun "Omikron" ştammının yayılmasının qarşısının alınması üçün on mindən çox tibb işçisini, o cümlədən iki min hərbçini Şanxaya göndərib.
KONKRET.az İnterfaks.ru-ya istinadən xəbər verir ki, hazırda iki həftədir karantin rejiminin qüvvədə olduğu Şanxayda təxminən 26 milyon insan koronavirus testlərindən keçirilir. Səlahiyyətli orqanlar bir neçə obyekti COVID-19 virusunu yüngül və simptomsuz keçirən xəstələri yerləşdirmək üçün xüsusi təcrid mərkəzlərinə çeviriblər.
Müəssisələr və maliyyə şirkətləri işçilərini təcrid edərək fəaliyyətlərini davam etdirə bildikləri halda əksər mağazalar və ticarət müəssisələri bağlanıb.
"General Motors Co" və "Volkswagen AG" avtomobil istehsalı zavodları rəhbərliyinin verdiyi məlumata görə, işlərini davam etdirməklərinə baxmayaraq, "Volkswagen" ehtiyat hissələrinin tədarükündə fasilələr yaranması səbəbindən bu istiqamətdə istehsalın azaldılması məcburiyyəti yaranıb.
Bazar ertəsi Çində gündəlik 13 mindən çox COVID-19-a yoluxma hadisəsi aşkar edilib ki, bunlardan təxminən 12 mini simptomsuz olub. Təxminən doqquz min yoluxma Şanxayda, daha 3,5 min yoluxma isə ölkənin şimal-şərqindəki Jilin əyalətində aşkarlanıb.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto