Körpələrdə çəki azlığı

Körpələrdə çəki azlığıUşaqlarda çəki azlığı hipotrofiya adlanır. Hipotrofiya zamanı uşaq orqanizmində orqan və sistemlərin inkişafı gecikir, tez-tez infeksion xəstəliklər yaranır. Hətta xəstəliyin ağır formaları körpənin həyatını itirməsinə də səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və adətən, müalicəsi xəstəxana şəraitində aparılır.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-pediatr Təranə Göyüşova körpələrdə çəki artımının pis olmasının üç qrup səbəbi olduğunu göstərib: "Birinci qrup səbəblərə qeyri-adekvat və balanslaşdırılmamış qidalanma aid edilir. Ana südü ilə qidalanan uşaqlara ananın südü azlıq edə bilər, yəni ananın südü tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, ac və narahat olur, qida qəbulları arasında minimal fasiləyə tab gətirmir. Ana südünün çatışmazlığı hallarında uşağa əlavə qida, ana südünü əvəz edən uyğunlaşdırılmış qida qarışığı verilməlidir. Uşağa çəki artımı ləngiməsinin digər səbəbi əlavə qidalanmanın gecikdirilməsidir. Əlavə qidaya başlamanın optimal müddəti uşağın 5-ci ayıdır.
İkinci qrup səbəblərə qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi aiddir. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da, bağırsaqda olan problemlər nəticəsində qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının ləngimə səbəbi bağırsaqla əlaqədardırsa, bu, nəciz ifrazının pozulması və qarın ağrıları ilə müşayiət olunur. Həmin əlamətlər baş verdikdə yalnız mütəxəssisə üz tutmaq lazımdır.
Üçüncü qrup səbəblərə maddələr mübadiləsinin pozulmağı aid edilir. Əgər çəki artımının azlığı ilə yanaşı, uşağın boy artımı da xeyli ləngiyirsə, gecikmədən həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə müraciət etmək vacibdir".
Həkim-pediatrın dediyinə görə, doğuşdan sonrakı bir neçə gün ərzində körpələrin 5-7, hətta 10 faizə qədər çəki itirməsi normaldır, lakin belə olan halda südvermə tezliyinə daha çox diqqət yetirilməlidir: "Ana südü gəlməyə başlayandan sonra körpənin çəkisi artır və çəki artımını ən aşağı çəkidən başlayaraq izləmək lazımdır. Ən aşağı rəqəmlər həm 2-ci, həm də 5-ci gündə ola bilər. Ana südü ilə qidalanan körpələrin ilk 3-4 ayda çəki artımı orta hesabla gündə 30 qramdır. Ana südü çatmayanda südartırıcı vasitə kimi bitki tərkibli məhsullar içmək tövsiyə olunur.
Körpənin dördüncü ayından sonra çəki artımı aşağı düşür və 4-6 ay arasında gündə 18-20 qram, 7-9 aylar arası gündəlik 15 qram və 9-12 ay arası gündəlik 8-10 qram norma sayılır. Körpənin ilk 12 ay ərzində boy artımı və baş çevrəsinin böyüməsi normal inkişaf etməsinin çox vacib əlamətlərindən hesab olunur.
İlk 6 ayda körpənin boy artımının sürəti orta hesabla ayda 2,5-3 santimetr, baş çevrəsinin böyümə sürəti ayda 6,4 santimetrdir. Ümumiyyətlə, ana südü ilə qidalanan körpənin çəkisi 5-6 aya qədər doğuş çəkisinin 2 qatına, 1 yaşa qədər isə 2,5-3 qatına çatır, boyu 50, baş çevrəsi isə 33 faiz nisbətində böyüyür.
Həmin normativlərə uyğun olmayan körpənin çəki nisbəti araşdırılmalı, ikincili bir problem varsa, həkim-pediatrın nəzarəti altında müalicə üsulu seçilməlidir. Müəyyən dövrlərdə çəkidə keçici olaraq dəyişkənlik baş verərsə, bunu xəstəlik kimi qəbul etməyə ehtiyac yoxdur".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 22 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler