Leyla Əliyeva Berlində işgüzar səfərdə olub

Leyla Əliyeva Berlində işgüzar səfərdə olubHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü ərəfəsində Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində IDEA İB-nin təşkilatçılığı ilə keçirilən "Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası" adlı tədbirdə iştirak etmişdir.
KONKRET.az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva, eləcə də Berlin Zooparkının direktoru Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə müdiri Katrin Samson tədbirin əhəmiyyətindən bəhs etmiş, ölkəmizdə zubr populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin vacibliyini iştirakçıların diqqətinə çatdırmışlar. Tədbirdə həmçinin bu sahədə görülən işlərə həsr olunmuş film və fotosərgi nümayiş etdirilib.
Leyla Əliyeva səfər çərçivəsində "Michael Succow" Fondunun təsisçisi Maykl Sukkov, Lissabon Zooparkının Zoologiya və veterinar şöbəsinin müdiri Ruy Bernardino və eləcə də Andreas Knirim və Katrin Samson ilə ayrıca görüşlər keçirmiş və təbiəti mühafizə, canlı aləmin konservasiyası və bərpası sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışdır. Sonuncu görüş zamanı həmçinin, Bakı və Berlin Zooparkları arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memoranduma əsasən, zooparklar öz aralarında məlumat, bilik və təcrübə mübadiləsi keçirəcək, habelə əməkdaşlar üçün birgə təlimlər təşkil edəcəklər.
Qeyd edək ki, ötən əsrin əvvəllərində ölkəmizdə nəsli kəsilmiş zubr populyasiyasının vəhşi təbiətə reintroduksiyası məqsədilə 2012-ci ildən etibarən İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilməkdə olan layihə nəticəsində hazırda Şahdağ Milli Parkının ərazisində 61 başdan ibarət zubr populyasiyasının bərpasına nail olunub.

Siyasi       Tarix: 25 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az xeber.az ən son xeberler son xəbər