Limonlu suyu belə içmək olmaz! – 4 mənfi təsiri

Limonlu suyu belə içmək olmaz! – 4 mənfi təsiriMütəxəssislər limon şirəsinin sağlamlığımız üçün çox faydalı olduğunu bildirirlər. Limonlu suyun ən əhəmiyyətli faydalarından biri böyrək daşlarının qarşısının alınmasında təsirli olmasıdır.
KONKRET.az xəbər verir ki, Dr. Erik Berq bir çox insanın limonlu su içərkən etdiyi səhvlərdən danışıb.
Həkim bildirib ki, limonlu su yalnız düzgün istehlak edildikdə faydalıdır. Əks təqdirdə isə mənfi nəticələr verə bilər.
"Limonlu su tərkibindəki dəstəkləyici minerallar, xüsusilə də C vitamini ilə diqqət çəkir. Daha çox sitrat əldə etməyin yolu da limonlu su içməkdir", – Dr. E.Berq qeyd edib.
Həkim bildirir ki, C vitamini çatışmazlığının əsas simptomları diş ətinin qanaması və yorğunluqdur. Histaminin bəzən "yorğunluğa səbəb olan bir zəhər kimi" təsir etdiyini izah edən Berq, limonun antihistamin xüsusiyyətindən faydalanmalı olduğumuzu söyləyir.
"Bundan əlavə, limon şirəsi göbələklərə, infeksiya növlərinə və sidik turşusu əmələ gəlməsinə qarşı müalicəvi təsir göstərir.
Bədəndə dəmirin udulmasını artırmağa da kömək edir. Bunun üçün limonu suya sıxaraq və ya qabıqlı şəkildə blenderdən keçirdikdən sonra suya qataraq istehlak etmək lazımdır", – həkim vurğulayıb.
Dr.E.Berqin sözlərinə görə, limonun faydalarından yararlanmaq üçün aşağıdakı səhvləri etmədiyinizdən əmin olmalısınız:
Yeməkdən əvvəl içməyin!
Yeməkdən əvvəl limonlu su istehlak etməyin düzgün olmadığını bildirən Berq, limonun tərkibindəki turşuların həzm prosesini ləngidəcəyini deyir. Odur ki, limonlu suyu hər hansı bir yeməkdən ən azı 1 saat əvvəl içməlisiniz.
Diş minasına zərər verə bilər!
pH səviyyəsi 2-3 arasında dəyişən limon birbaşa istehlak edildikdə dişlərə zərər verir. Limon şirəsinin pH səviyyəsini xlorid turşusuna bənzədən Berq, müntəzəm olaraq dişləri birbaşa limon şirəsinə məruz qoymağın düzgün olmadığını bildirir. Buna görə də onu su ilə seyrəldib içmək daha faydalıdır.
Mədəyə mənfi təsir edə bilər!
Mədə xorası kimi xəstəliklərindən əziyyət çəkənlər limon suyu qəbul etdikdən sonra yanma hissi ilə üzləşə bilərlər. Mədəsi həssas olanların limonlu su istehlak etməsi təhlükəli ola bilər.
Alkaloz riski
Qan dəyərlərində pH səviyyəsi yüksələrək normaldan daha çox qələvi hala gələ bilər. Alkaloz adlanan bu vəziyyətdə limon şirəsi içmək zərərli təsirlərə səbəb olur.
Alkalozun ümumi simptomları başgicəllənməsi, əl və ayaqlarda uyuşma, ürək döyüntüsü və nəfəs darlığıdır. Belə nəfəs bədəndə oksigen və karbon dioksid balansının pozulmasına səbəb olur.
Bu cür riskli vəziyyətlərə məruz qalmamaq üçün limonlu su içərkən daha diqqətli olmalısınız.//Medicina.az

Sağlamlıq       Tarix: 28 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda havanın temperaturu cəbhədən video valyuta