Mariya Zaxarova Paşinyana əsəbiləşdi: "Ümumi danışma, ad çək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nikol Paşinyanı İkinci Qarabağ müharibəsi zamanı Ermənistana "yardım imitasiyası" ilə məşğul olduğunu iddia etdiyi ölkələrin adları çəkməyə çağırıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə diplomat mayın 23-də keçirdiyi brifinqdə danışıb.
"Onları səsləndirmək tamamilə məntiqli olardı. Əgər söhbət belə ciddi bəyanatlardan gedirsə, ad çəkmək lazımdır", – deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya öz növbəsində Ermənistanın özünü "tərk edilmiş və unudulmuş hiss etməməsi" üçün əlindən gələni edib. Rusiya münaqişənin başlanğıcından atəşkəs üçün ən fəal siyasi və diplomatik səylər göstərib.
Qeyd edək ki, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki ölkəsinin Qarabağda İrəvana qarşı hərbi əməliyyatların hazırlanmasında iştirak etdiyini bildirib. Baş nazir həmin ölkələrin Ermənistana münasibətdə yardım imitasiyasını sərgilədiyini söyləyib.
O bildirib ki, bu cür təhlükələr indi ölkənin Azərbaycanla sərhədlərinin demarkasiyası sayəsində aradan qaldırılıb.
Xatirə SADİQ,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev