Melkonyan: "İlham Əliyev bizdən istədiyi hər şeyi alır"
" class="imgbcode" />"Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla heç nəyə imza atmaq fikrində deyil. O, onsuz da istədiyi hər şeyi alır".
KONKRET.azxəbər verir ki, bu barədə politoloq Sergey Melkonyan bildirib.
"Qarabağın təslim olması ilə sülh müqaviləsinin imzalanması təmin ediləcəkdi. Lakin gördüyümüz kimi, belə bir şey olmadı. Üstəlik, 2023-cü ilin sentyabrından etibarən Azərbaycan müqavilə və ya hansısa sənəd imzalamaqdan imtina edir. Eyni zamanda, Azərbaycan tərəfi öz "alış-veriş siyahısı"na ciddi əməl edir. Əvvəlcə Tavuşda kəndlər, sonra anklavlar, Zəngəzur dəhlizi, onun ardınca isə Ermənistan Konstitusiyasında dəyişikliklər. Azərbaycan lideri cəmiyyəti sülhə hazırlamaq barədə düşünmür, əksinə, Azərbaycan cəmiyyəti arasında Ermənistana qarşı tələblər qaldırır. İndi Bakıda Qərbi Azərbaycan tezisi təşviq edilir. Bütün bunlar heç bir halda dinc diskursun mövcudluğundan xəbər vermir", – Melkonyan "Review" proqramında bildirib.
Ermənistanın güzəştə getməyə hazır olduğunu görən Azərbaycan dayanmaq fikrində deyil. Reallıqda güc təhdidlərinin təzyiqi altında güzəştlərin təmin edilməsi beynəlxalq hüququn pozulmasıdır. Hakimiyyət yalan danışır və Tavuşda kəndlərin təslim edilməsini delimitasiya və demarkasiyanın bir hissəsi adlandırır, əslində bu, siyasi qərardır. "Delimitasiya və demarkasiya zamanı konkret xəritələr əsas götürülür. Onlar bizə deyirlər ki, onlar Alma-Ata Bəyannaməsinə əsaslanırlar, lakin orada heç bir kartoqrafik məlumat yoxdur", – Melkonyan bildirib.
Günel Mikayılova,
KONKRET.az

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev