Meymunçiçəyindən necə qorunaq? - AÇIQLAMA

Meymunçiçəyindən necə qorunaq? - AÇIQLAMABir qədər əvvəl Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayaraq ölkədə meymunçiçəyinə yoluxma halının qeydə alındığını bildirdilər. Adətən, belə xəbərlər əhali arasında təşvişlə müşayiət olunur.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan həkim-infeksionist Mərdan Əliyev bildirib ki, meymunçiçəyi xüsusi səpkiləri olan bir xəstəlikdir.
O bildirib ki, bu xəstəliyə yoluxan şəxsin xəstə olduğu kənardan daha aydın görülə bilir:
"Yəni meymunçiçəyi xəstəliyi simptomlarla açıq-aşkar özünü göstərir. Yoluxma zamanı yüksək hərarət, limfa düşünlərinin böyüməsi müşahidə olunur. Bu cür xəstələrdə halsızlıq olur. Bir xəstə xaricə səyahət etdikdən sonra qayıdıb və bundan sonra onda meymunçiçəyi aşkar olunub. Özünün dediyinə görə, o, xaricdə səpkili bir şəxslə təmasda olub. Xəstəliyinin meymunçiçəyi olduğu öz təsdiqini tapıb".
Həkim əlavə edib ki, bu xəstəlik sıx təmas yolu ilə yoluxur.
"Meymunçiçəyi xəstəliyinə uzaqdan, hava-damcı yolu ilə yoluxma ehtimalı çox azdır. Bədən üzərində olan səpkilərin və onun içərisində olan mayenin sağlam dəriyə toxunması, təması yolu ilə bu xəstəlik bir nəfərdən digərinə keçə bilir. Yoluxma qeydə alınan xəstə də təmasda olub və yoluxub, indi isə karantinaya alınıb.
Başqa şəxslərlə sıx təmasda olmayıbsa, başqalarını yoluxdurma ehtimalı yoxdur. Çox güman ki, özü və ailə üzvləri karantinaya alınıblar. Düşünürəm ki, bununla da xəstəlik məhdudlaşar. Xəstəlikdən qorunma üsulu çox sadədir. Əllərində, üzündə səpkilər olan şəxslərlə təmasda olmamaq lazımdır", – deyə həkim qeyd edib.
Qeyd edək ki, 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.
KONKRET.az

Sağlamlıq       Tarix: 19 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun son xeberler bugun azerbaycan son xeber bugun axsam.az xeberler