Mikayıl Cabbarov: "Azərbaycan xarici investisiyalar üçün "açıq qapı" siyasəti həyata keçirir"
Azərbaycan Rusiyanın Rostov vilayəti ilə iqtisadi münasibətləri genişləndirir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən, Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlığın inkişafına həsr edilmiş biznes-forumda bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycanda yol-nəqliyyat infrastruktutuna yatırılan investisiyalar hesabına avtomobil daşımaları sahəsində potensialın artması Rusiyadan Azərbaycan ərazisi ilə nəql olunan yüklərin həcminin artmasına səbəb olub:
"Rostov vilayəti böyük həcmdə məhsul istehsalçısı kimi Azərbaycana üçün böyük maraq kəsb edir. Düşünürəm ki, nəqliyyat sahəsində fəaliyyət göstərən rusiyalı tərəfdaşlar daşımaçılıqla bağlı təkliflər hazırlamalı və təqdim etməlidirlər. Bu təkliflər qiymət və müddətlə bağlı ola bilər".
Nazir Rostovdan olan iş adamlarını iqtisadiyyata pul qoymağa çağırıb: "Azərbaycan xarici investisiyalar üçün "açıq qapı" siyasəti həyata keçirir".
Milli.Az /news.milli.az

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub