Nazir maaşına əlavələr ABŞ-da biznes qurmağa yetirmi? - Məmmədyarovun qeyri-səmimiliyi

Nazir maaşına əlavələr ABŞ-da biznes qurmağa yetirmi? - Məmmədyarovun qeyri-səmimiliyi</p> 
 <p>Sabiq xarici işlər naziri Elmar Məmmədyarov artıq evdən işləmir. O, son vaxtlar fəallaşıb, kitab çap etdirir və mediada tez-tez görünür, müsahibələr, şərhlər verir.
KONKRET.az xəbər verir kİ, Məmmədyarov son olaraq İTV-yə müsahibəsində övladlarının biznesi, ABŞ-da mülk almaları məsələsinə də toxunub, amma qeyri-səmimi şəkildə.
Dediyindən belə çıxıb ki, ABŞ-da evi, qurduqları biznesi sadəcə maaşı ilə əldə edib.
O bildirib ki, aldığı pul onu qane edirdi: "Aldığım maaşa əlavələr də olunurdu. Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq, aldığım məbləğ kifayət qədər münasib idi. Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam? Ümumiyyətlə deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Həyatım boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım".
Sabiq nazir onu da əlavə edib ki, 13 ilə yaxın bir müddətdə Birləşmiş Ştatlarda yaşayıb və hər zaman yüksək əməkhaqqı alıb.
Məmmədyarov düzmü danışır? Nazir maaşına əlavələr ABŞ-da mülk almağa, övladlarına xaricdə mülklər almağa yetirmi?
Sabiq maliyyə naziri Fikrət Yusifov "Yeni Müsavat"a deyib ki, Azərbaycanda nazir postunu tutan şəxsin maaşı ilə özünə xaricdə nəinki villa, adi mənzil alması da mümkünsüzdür: "Nazir olduğum dövrdə biz indiki manatın ekvivalentində 250-300 dollar maaş alırdıq. 30-40 faiz də əlavələr olurdu. İndinin özündə nazirlərimiz əlavələrlə bərabər bu məbləğin 10-12 qatını alırlar. Yəni bu pul ailənin xərclərini və digər xərcləri də nəzərə alsaq, xaricdə villa almağa, biznes qurmağa yetməz. Bu məsələ real deyil".

Siyasi       Tarix: 17 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı


azerbaycan xeberleri son xeberler yeni xeberler oxu.az xeberler bu gune olan xeberler xeber.az bu gun cəbhədən son məlumatlar