Neft ucuzlaşmasından sonra Bakıda fövqəladə toplantı - TƏFƏRRÜATLAR

Neft ucuzlaşmasından sonra Bakıda fövqəladə toplantı - TƏFƏRRÜATLAR Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.
Dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında hasilatın həcmi barədə fikir ayrılığının yaranması dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub.
Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb. Bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək.
Neft ucuzlaşmasından sonra Bakıda fövqəladə toplantı - TƏFƏRRÜATLARQeyd edək ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. Belə ki, yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7 faiz, ÜDM isə 2,8 faiz artıb.
Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik "yastığı" mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100 faizini ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir.
Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək.
Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək.
Dünya bazarlarında xam neft ucuzlaşıb, yeni maliyyə və iqtisadi böhranın qlobal miqyasda olacağı deyilir. Təbii, bunu fürsət bilən yerli "ekspert"lərlə bir para "siyasətçi"lər dərhal şayiələr yaymağa, "Azərbaycanda valyuta qıtlığı yaranacaq" tipli yalanlar tirajlamağa başladılar.
Məqsəd situasiyadan maksimum istifadə etmək, bəhrələnməkdi.
Alınmadı və alınmayacaq da.
Səbəblər bəlli.
Neft ucuzlaşmasından sonra Bakıda fövqəladə toplantı - TƏFƏRRÜATLAR2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur.
Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaq.
Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək.
OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra Nazirlər Kabinetinin operativ iclasında dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirinin müzakirəsi, əslində, fövqəladə toplantı idi.
Toplantı göstərdi ki, Azərbaycan hökumətinin neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planlarına malik olması reallıqdır, faktdır.  Neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenarilərinin də müzakirə olunduğu bu toplantıda açıqlandı ki, ölkənin strateji valyuta ehtiyatları 52 milyard dollardır. Bu isə ölkənin ümumdaxili məhsul həcminin 8 faizindən də yüksək səviyyədir.
Xarici dövlət borcunun ÜDM-ə nisbətinin 17% olması, yəni dünyada ən aşağı göstəricilərdən birinə bərabərliyi "Azərbaycanda valyuta qıtlığı", "böhran" və s.tipli şayiələrin əslində məqsədli şəkildə tirajlanan yalanlar olduğunu bir daha sübut edir.
2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsı də ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə hazır olmasının bariz göstəricisidir.
Digər amil isə iqtisadi inkişafın davamlılığı. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam edib. Beynəlxalq təşkilatların hesabatlarına nəzər salsaq, görərik ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorounda ümumdaxili məhsul istehsalı 6,7%, ümumi ÜDM isə 2,8% artıb.
İnflyasiya cəmi 2,8% təşkil edib.
Azərbaycanda büdcə xərclərinin səmərəliliyi artırılır və onlar optimallaşdırılır, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilir, qeyri-neft sektorunun inkişafı dəfələrlə aktivləşib. Eyni zamanda, maliyyə durumunun kənar təsirlərdən qorunması, büdcə gəlirlərinin artırılması üçün monetar və fiskal tədbirlər reallaşdırılır. Milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən çevik dövlət tənzimləməsinin tətbiq edilməsi, habelə vergi və gömrük rüsumlarının effektivliyinin artırılması sadalanan proqramlar arasında yer alır.
Neft ucuzlaşmasından sonra Bakıda fövqəladə toplantı - TƏFƏRRÜATLARVəziyyət sadə olmasa da, sosial layihələr əvvəlki templərdə davam etdirilir. Daha konkret olsaq, heç bir sosial layihə təxirə salınmayıb.
Və ən nəhayət, istehlak bazarına ciddi nəzarət olunur. Vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülür.
Sonucda inflyasiya hədəflənən, proqnozlaşdırılan səviyyədə saxlanılıb.
Odur ki, şayiələrə, yalanlara inamayın...
Orxan Hun
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 11 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler xeberler bu gun qurban bayrami 2026 metbuat