Neftin kəskin ucuzlaşmasının səbəbi nədir? - Şərh
Xəbər verdiyimiz kimi, dünya bazarlarında neftin qiyməti kəskin azalaraq bir barrelə görə 31,27 dollar olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, neftin qiyməti sonuncu dəfə 2016-cı ilin 20 yanvarında 27,70 dollar olub. ABŞ-ın "Goldman Sachs" investisiya bankı isə neftin qiymətində azalmanın 20 dollaradək davam edə biləcəyini proqnozlaşdırıb.
Politoloq Şahin Cəfərli neft "siyasət"ində baş verən son hadisələri belə şərh edib:
"Bu cür şok ucuzlaşmanın səbəbi budur ki, Rusiya hasilatı azaltmaqdan imtina etdikdən sonra OPEC+ formatı iflasa uğradı. Səudiyyə Ərəbistanı isə Rusiyanın bu həmləsinə qarşı hasilatı artırmağa qərar verdi və müştərilərə çox ucuz neft təklif etməyə başladı. Ərəblər Moskvanı təkrar masaya oturtmaq istəyir. Koronavirusun Avropa və ABŞ-da yayılmağa davam etməsi hazırda neftin qiymətinə mənfi təsir edən amillərdən biridir. Əsas fundamental problem isə dünya iqtisadiyyatının artım tempinin zəifləməsi və yanacağa tələbatın aşağı düşməsidir".
Milli.Az /news.milli.az

Dünyada bu meyvə bahalaşacaq
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı