Orqan köçürülməsi ilə bağlı Koordinasiya Mərkəzinin açılacağı vaxt MƏLUM OLDU
"Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində yaradılan Koordinasiya Mərkəzinin ofisində təmir işləri həyata keçirilir. Təxminən iki aya ofisin açılışı olacaq".
KONKRET.az xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, Etik Komissiyalar da həmin mərkəzdə fəaliyyət göstərəcək: "Bütün detallar ofisin açılışı zamanı bildiriləcək. Mərkəzin əsas məqsədi orqan köçürülməsinə ehtiyacı olan şəxslərin mərkəzləşdirilmiş bazasını yaratmaq, tibbi cəhətdən ədalətli prioritet sıraların qurulması, eləcə də orqan donor bazasının formalaşdırılmasıdır. Əsas mövzu meyit donorları ilə bağlıdır. Bununla bağlı kifayət qədər böyük iş görülür".
Azərbaycanda beyin ölümü meyarlarının təsdiqləndiyini xatırladan T.Musayev əlavə edib ki, prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri aparılır:
"İnanırıq ki, qısa müddətdə Koordinasiya Mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyət digər qabaqcıl ölkələr kimi bu prosesin tam şəffaf şəkildə icrasını görmüş olacaqlar".

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto