Paşinyan Azərbaycanla sərhəddəki ermənilərə nələr dedi? - TƏFƏRRÜAT
Ermənistan baş naziri Nikol Paşinyanın bu gün Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Voskepar kəndinə getdiyi və yerli sakinlərlə görüşdüyü barədə xəbər vermişdik.
KONKRET.az xəbər verir ki, görüşün bəzi təfərrüatları "Hraparak"a məlum olub.
Qeyd edilir ki, Paşinyanla görüşə yalnız Voskepar kəndinin sakinləri buraxılıb, təhlükəsizlik işçiləri zala daxil olanları yoxlayıb, onların telefonları yığılıb. Görüş qısa müddət, təxminən 1 saat davam edib.
Baş nazir Azərbayvana təhvil veriləcək ərazilərdən danışıb.
Paşinyanın sözlərinə görə, Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bir hissəsi Azərbaycana məxsus ərazidən (Aşağı Əskipara kəndindən) keçir. Baş nazir bu səbəbədən alternativ yolun çəkilməsini təklif edib.
Görüşdə iştirak etmiş 2-ci Ordu Korpusunun qərargah komandirinin keçmiş müavini, polkovnik Mihran Maxsudyan "Hraparak"a məlumatı təsdiqləyib.
"Baş nazir Azərbaycanla danışıqların hələ də davam etdiyini, ermənilərin tələbini yerinə yetirməyə çalışacağını bildirib".
Mihran Maxsudyanın sözlərinə görə, erməni sakinlərin tələbi bu olub ki, Azərbaycan Ordusu gəlib Voskepar kəndinin başında oturmasın.
Laura adlı Voskepar sakininin sözlərinə görə, Nikol Paşinyan onlara deyib ki, Azərbaycanla torpaq mübadiləsi aparılmalıdır.
"Bizim sərhədçilər çayın bu tərəfində, onlarınkı isə o tərəfində olmalıdır. İstədiyimiz bu idi. Baş nazir bildirdi ki, belə bir razılaşma var. Kəndlilər bundan razı qaldılar. Kilsəmizin o biri tərəfində bizə 100 metrdən çox məsafə qalıb, orada tikanlı məftillər çəkiləcək", – Voskepar sakini deyib.
Qeyd edək ki, Paşinyanla görüş qapalı keçirilib. İclas iştirakçılarına heç nə çəkməyə icazə verilməyib.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı martın 18-də də Voskeparda olmuş, sakinlərə 10 gündən sonra geri dönəcəyini vəd etmişdi. (Modern.az)

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi