Pomidor şirəsinin orqanizm üçün heyrətamiz faydası
"Günü çay və ya qəhvə əvəzinə pomidor şirəsi ilə başlamaq lazımdır. Bu, demensiya və hipertoniyadan qoruyan mükəmməl içkidir".
KONKRET.azxəbər verir ki, bu barədə britaniyalı məşhur həkim Ranc Singh danışıb.
Onun sözlərinə görə, duzsuz tomat şirəsi və yulafın birləşməsi sağlamlıq üçün çoxlu üstünlüklər verir, orqanizmdə xolesterol səviyyəsini azaldır və şlaklardan təmizləyir.
"Tomat şirəsi içkiyə xarakterik qırmızı rəng verən likopen ilə zəngindir. Bu piqment ürək tutması riskinin artması ilə əlaqəli damarlarda ərpin yaranmasının qarşısını ala bilir. Çünki likopen zərərli xolesterol növünü (ASLP) inhibə edir", – deyə Ranj Singh qeyd edib.
Həkim bildirilib ki, bir çoxlarının düşündüyünün əksinə xolesterol orqanizm üçün zəruridir – həzm, "D" vitamini və hormonların istehsalı daxil olmaqla bir çox funksiyaları üçün son dərəcə vacibdir. Ancaq həddindən artıq olduqda (yağlı qida, alkoqol qəbulu, fiziki aktivliyin çatışmazlığı, artıq çəkiyə görə) qanda toplanır, bu isə sağlamlıq üçün ziyandır.
"Məkrli cəhət ondan ibarətdir ki, yüksək xolesterol səviyyəsi heç bir şəkildə özünü göstərməyə bilər, lakin bu göstəricinin artması ilə insult və digər həyat üçün təhlükəli vəziyyətlərin riski artır", – həkim deyib.
Ekspert bildirib ki, duzsuz tomat şirəsi həqiqətən bəzi insanlarda xolesterol səviyyəsini azaltmağa kömək edir", – deyə mütəxəssis bir daha vurğulayıb.
Tomat şirəsindən əlavə, Ranc Singh səhər yeməyində yulaf yeməyi məsləhət görüb.
"Tam taxıl məhsulları bağırsağın işini yaxşılaşdırmağa kömək edir, bu da artıq xolesterolu orqanizmdən xaric etməyə kömək edir", – deyə o bildirib.//Oxu.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü