Qaraciyər xəstəliklərinin ilkin əlamətləri hansılardır?

Qaraciyər xəstəliklərinin ilkin əlamətləri hansılardır?Qaraciyərin 100-dən çox müxtəlif xəstəliyi var. Bu xəstəliklər infeksiyalar, alkoqolun həddindən artıq qəbulu, dərman istifadəsi, toksinlər, narkotik maddələr, onkoloji problemlər və piylənmə kimi səbəblərdən qaynaqlana bilər.
KONKRET.az lent.az- a istinadən xəbər verir ki, qaraciyər zədələnməsinin erkən simptomlarını aşağıdakılardır:
Qaraciyər xəstəlikləri fərqli formalarda inkişaf edə bilər. Onlar kəskin və ya xroniki ola bilər. Kəskin qaraciyər zədələnməsi qəfil baş verir və sürətlə irəliləyir. Bu, asetaminofen (parasetamol) və digər dərmanların həddindən artıq istifadəsi, virus infeksiyaları, bitki tərkibli əlavələr və ya autoimmun reaksiyalar nəticəsində yarana bilər. Xroniki qaraciyər xəstəlikləri isə yavaş inkişaf edir və ilkin mərhələdə simptomlar özünü biruzə vermir. Əvvəlki mərhələdə qaraciyər problemlərinin aşağıdakı əlamətləri müşahidə edilə bilər:
Qarında ağrı
İştahsızlıq
Daimi yorğunluq
İshal
Qaraciyər zədələnməsinin daha açıq simptomları
Xəstəlik irəlilədikcə, qaraciyərin funksiyasının pozulması daha nəzərəçarpan simptomlarla özünü büruzə verir:
Sarılıq (Jaundice)
Dəri və gözlərin ağ qişası sarı rəng alır, çünki qaraciyər bilirubini kifayət qədər çıxara bilmir.
Dərinin qaşınması
Xroniki qaraciyər xəstəlikləri zamanı dərinin güclü qaşınması müşahidə olunur. Bu qaşınma gecələr daha da güclənir və yuxu pozğunluğuna səbəb ola bilər.
Asit (qarın boşluğunda maye yığılması)
Qaraciyərin zədələnməsi qan dövranının pozulmasına səbəb olur. Bu, qarında həddindən artıq maye yığılmasına gətirib çıxarır və qarın görünüşcə şişmiş olur.
Ayaqlarda və topuqlarda şişkinlik
Qaraciyər xəstəlikləri ayaq və topuq nahiyəsində ödemlərə səbəb ola bilər. Duzun qəbulunu azaltmaq və ya sidikqovucu dərmanlardan istifadə tövsiyə edilə bilər.
Ağarmış nəcis və tünd rəngli sidik
Sağlam nəcis qaraciyər tərəfindən istehsal olunan öd turşularının təsiri ilə qəhvəyi olur. Qaraciyər funksiyası pozulanda nəcis açıq rəngli, sidik isə qəhvəyi və ya tünd olur.
Xroniki yorğunluq və diqqət problemləri
Qaraciyər normal çalışmadıqda qan dövranında toksinlər toplanır. Bu, beyinə mənfi təsir göstərir və yorğunluq, diqqət pozğunluğu və zehni qarışıqlıq yaradır.
Ürəkbulanma və qusma
Qaraciyər xəstəlikləri mədə problemlərinə və ürəkbulanma hissinə səbəb ola bilər. Xəstəlik irəlilədikcə toksinlər artdıqca qusma halları da baş verə bilər.
Tez-tez göyərmələr və qanaxmalar
Qaraciyər qan laxtalanmasını tənzimləyən zülalların istehsalında mühüm rol oynayır. Qaraciyər funksiyası zəiflədikdə, xırda zərbələrlə belə göyərmələr və qanaxmalar baş verə bilər.
Dəridə damar ulduzcuqları
Qaraciyər problemi olan insanlarda dərinin üst qatında qırmızı damarlar (damar ulduzcuqları) yaranır. Bu, xüsusilə yanaqlarda, burunda və boyun nahiyəsində müşahidə olunur. Alkoqolizm və qaraciyər problemləri ilə əlaqəli olur. Eyni zamanda, ovucun içində qızartılar (palmar eritama) meydana çıxa bilər./lent.az

Sağlamlıq       Tarix: 09 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler sonxəbər axsam.az xeberler cəbhədən ən son xəbər