Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanın ixrac imkanlarını artıracaq
"Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirəcək".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev deyib.
Onun sözlərinə görə, bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə birləşdirəcək:
"Layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq. Naxçıvan məhsullarının post-sovet ölkələrinə, eləcə də Avropa və Asiya ölkələrinə rahat və birbaşa çıxışı təmin ediləcək".
M.Əliyev qeyd edib ki, Sovetlər Birliyi dönəmində Naxçıvanın daş duzu, mineral suları, konserv və kənd təsərrüfatı, yüngül sənaye və digər ixracyönümlü məhsulları dəmir yolu vasitəsilə daşınıb. Hazırda isə muxtar respublikada minə yaxın çeşiddə məhsul istehsal olunsa da, onların bazara çıxış problemi var:
"Hazırda da bu məhsullara, eləcə də Naxçıvanın daş və travertin, həmçinin sement və digər məhsullarına tələbat böyükdür. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrası bu mənada muxtar respublika büdcəsinə böyük həcmdə vəsaitin daxil olmasına səbəb olacaq. Layihə, həmçinin mədənçilik, metallurgiya, maşınqayırma kimi vacib sahələrin də inkişafına təkan verəcək".
Direktor xatırladıb ki, hazırda Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolları işlək vəziyyətdədir:
"Layihə çərçivəsində muxtar respublikada da dəmir yollarının müasir ikiizli dəmir yolu sisteminə keçirilməsi, yeni işarəvermə və elektrik sistemlərinin, həmçinin digər infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Bu, yük və sərnişin daşınmasını ən müasir səviyyəyə yüksəldəcək. Həmçinin, soyuducu vaqonlardan istifadə etməklə muxtar respublikanın ekoloji təmiz və orqanik məhsulları dünya bazarına rahatlıqla çıxarılacaq. Tranzit imkanların artması Sovet dövründə də xeyli inkişaf etmiş məşhur Ordubad ipəkçiliyinin şöhrətini özünə qaytaracaq. Layihə Naxçıvanda turizmi də xeyli canlandıracaq".
Milli.Az /news.milli.az

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub