Qazaxın 4 kəndi qaytarıldı, digər kəndlər nə vaxt qaytarılacaq? - Açıqlandı

Qazaxın 4 kəndi qaytarıldı, digər kəndlər nə vaxt qaytarılacaq? - AçıqlandıÖtən həftə Ermənistan tərəfi Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılacağı ilə bağlı bəyənat yayıb. Bununla da delimitasiya və demarkasiya prosesində ilk mühüm addım atılmış oldu. Artıq hər kəs növbəti mərhələdə Qazaxın Ermənistanın içərisində anklav olan 3 kəndi (Yuxarı Əskipara, Barxudarlı və Sofulu) və Kərkinin qaytarılmasını gözləyir. Bəs görəsən Azərbaycana məxsus bu 4 anklav kənd nə zaman rəsmi Bakının yursdiksiyasının keçəcək?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirib ki, bu kəndlərin qaytarılması delimitasiya prosesinin gedişindən asılıdır:
"Bu məsələlərə diqqət edərkən, keçən ayın 4-də Şahin Mustafayevin ofisindən yayılan açıqlamaya baxmalıyıq. Həmin açıqlamada 2 məqam vurğulanıb. Bunlar anklav olmayan 4 kəndin qeyd-şərtsiz geri qaytarılması və anklav olan 4 kəndin isə delimitasiya prosesinin gedişində həll edilməsi ilə bağlı təklifdən ibarətdir. Bu əslində hər iki tərəf üçün ən rasional təklifdir. 19 apreldə qeyri-anklav kəndlərin qaytarılması ilə bağlı razılaşma gündəmdədir. Artıq bu proses başlayıb. Düzdü, ermənilər arasında bəzi revanşist qüvvələr bu prosesə mane olamağa çalışsa da, bu tip marginal etiraz aksiyalarının gedişata əngəl törədəcəyini düşünmürəm. Paşinyanın hazırda Ermənistandakı mövqeləri kifayət qədər güclüdür və onun rəqiblərinin elektoratı o qədər də önəmli kütlə təşkil etmir. Bu baxımdan ilk öncə gələn aydan başlayaraq hazırki 4 kəndin qaytarılması öz həllini tapacaq. Növbəti mərhələdə isə mübahisəli bəzi ərazilərin delimitasiyası üzrə işlər görüləcək".
Politoloq delimitasiya prosesinin uzun müddət çəkə biləcəyini də istisna etməyib:
"Bu məsələlər 2 ölkə arasında etimad mühitinin səviyyəsinə və beynəlxalq hüquqa uyğun olaraq həllini tapmalıdır. Burada müxtəlif variantlar mümkündür. Çünki Azərbaycan-Ermənistan sərhəddi 1000 kilometrdən daha uzun və coğrafi olaraq olduqca mürəkkəb ərazini əhatə edir. Bu baxımdan proses hələ də davam edir və 4 kəndin qaytarılmasından sonra işlər daha sürətli həyata keçirilə bilər. Ancaq reallıq odur ki, delimitasiya prosesi uzun və vaxt aparacaq bir prosedurdur. Amma bütün hallarda rəsmi İrəvan xoş məram nümayiş etdirə bilsə, bir çox məsələlərdə daha tez nəticə əldə ediləcək".
(Yenisabah)

Siyasi       Tarix: 23 aprel 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər en son xeberler bu gun hava durumu son xeberler azerbaycan