QHT-dən acıqlı qalan Rusiyanın Azərbaycandakı 5-ci KOLONU və DAŞNAK ŞƏBƏKƏSİNİN ifşası - VİDEO

QHT-dən acıqlı qalan Rusiyanın Azərbaycandakı 5-ci KOLONU və DAŞNAK ŞƏBƏKƏSİNİN ifşası - VİDEOQHT barədə Azərbaycan cəmiyyətində məlumat azlığı var. Hətta bəziləri qeyri-hökumət təşkilatlarını lazımsız təsisat hesab edir. Halbuki özləri də bilmədən vaxtaşırı QHT layihə, ideya və tədbirlərinin bir hissəsinə çevriliblər. Məhz buna görə, QHT haqqında məlumat verək ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaranması XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Nümunə kimi, erməni və rusların quldur adlandırdığı, sonradan partiyaya çevrilən "Difai" (Müdafiə 1905) təşkilatımızı göstərmək olar. İşğalçıların "Difai"ni cinayətkar qruplaşma adlandırma səbəbi Azərbaycan müfafiəçilərinin deportasiya və qətliamlara qarşı çıxması olub. Anlaşılan odur ki, QHT missiyalarından biri dövlət və xalqın maraqlarını müdafiə etməkdir. Bura siyasətdən tutmuş məişətə qədər bütün sferalar daxildir. Bir sözlə, problem varsa, həlli də mövcuddur və QHT-lər bu yöndə vasitəçi statusundadır.
Yaxın keçmişə qayıtsaq, 44 günlük müharibə dövründə QHT-lər informasiya savaşında xüsusi pay sahibi olublar. Müxtəlif QHT üzvlərinin cəbhəyə sovqat kampaniyaları reallaşdırmasını da danmaq olmaz. Onlar müharibədən sonrakı dövrdə də vətənpərvər fəaliyyətlərini davam etdiriblər. 2020-ci il noyabrın 26-da 40-a yaxın QHT Fransa səfirliyinin qarşısına toplaşaraq bu ölkənin senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz edib. Aksiya iştirakçıları səfirlik qarşısında bəyanat səsləndiriblər. Oxşar addımlar 2 il ərzində tez-tez təkrarlanıb.
Lakin biz yenə də 2 il sonraya, yəni bugünlərə qayıdaq. Dekabrın 12-də bir qrup QHT Laçın yolunda sülhməramlı postunun bir hissəsini bağlayıb. Buna görə İrəvandan Xankəndiyə gələn yolda tıxaclar yaranıb. Ermənilər təşvişə düşüb. Paşinyan başındakı 3-4 tükü yolaraq dünyaya car çəkməyə başlayıb ki, Azərbaycan Xankəndiyə hücuma hazırlaşır. Ermənilər əli "ekoterrora yox" plakatlı xanımlardan, mikrofon tutan jurnalistlərin Xankəndiyə hücumundan qorxmağa başlayıblar. "Dəmir Yumruğ"u görsələr, nə olar? Dünənə kimi özünü qoçu kimi aparan rus sülhməramlılar da fağırcasına fərağatda dayanmışdılar. QHT-nin nəyə qadir olduğuna başqa dəlillər də gətirək? Buyurun:
• Sülhməramlı postunda, "miatsum" xamxəyalı ilə qondarma nəfəs alan ermənilərin gözlərinin önündə Azərbaycan bayrağının ucaldılmasına gözəyarı baxmaq günahdır. Çünki bu, Qarabağın dağlıq hissəsində rus bayrağının da, leqo-qo ilə yığılan separatçı əskisinin də endirilməsi prosesinin başlanğıcı ola bilər.
• Ermənilərə ikinci hibrid dövlət vədi verənlərin terrorçulara silah ötürən postunda Azərbaycanın himninin oxunması təkcə Xankəndini yox, elə Moskvanı da lərzəyə gətirdi. Hər səhəri Şuşadan gələn azan səsilə narazı açan ermənilər himnimizin sədalarından daha da narahat oldular. Azan səsi onlara məsciddə donuz saxlamaqlarını xatırladır və bilirlər ki, biz bu alçaqlıqları unutmamışıq. İntiqamımızdan isə qorxurlar. Himnimizin sədaları isə onlara II Qarabağ savaşını bir daha yaşatdı.
• QHT üzvləri bununla kifayətlənməyib. Şuşa-Laçın yolunda gecə saatlarında "Xudayar təsnifi"nin oxunması haqq savaşının şəhidlərinə ehtiram əlaməti olmaqla yanaşı, bir xalqın intiqam hissinin hələ tam soyumadığı və bu qisas alovunun ermənilərin Qarabağa çəkmək istədiyi rus buzunu da əridəcəyinə işarədir.
• QHT təmsilçiləri sülhməramlılarla üzbəüz "Sarı Gəlin" mahnısını ifa etdilər. Əvvəlcə onu deyək ki, adıçəkilən mahnı da ermənilərin plagiata yol verib, özününküləşdirmək istədiklərindəndir. Beləliklə, ermənilərin bəstə oğurluqlarına bir yağlı şillə çəkildi. "Bu sevda, nə sevdadır, səni mənə verməzlər", yəni qaytarmaq istəmirlər. Amma geri alacağıq. Bunu region ölkələri kimi, bütün dünya da bilir ki, Azərbaycan heç bir əngələ baxmayaraq, güc yolu ilə suverenliyini bərpa etməyə qadirdir. Sülhməramlılar da qondarma rejim kimi müvəqqətidir. Sadəcə, hələ ki, "bu dərənin uzunu, çoban, qaytar quzunu" oxuyaraq sivil qaydada "arsax" qoyunlarının çobanına mesaj ötürürük ki, Vardanyanı Moskvadakı oliqarx çevrənə, Arutyunyanı da Bakı məhkəmələrinə yola sal. O ki qaldı sülhməramlı kontingentinə, onlar Ukraynada savaşa getməyin qorxusundan Qarabağdan möhkəm yapışıblar. Amma Kremlin bu fərarilərini təyarrə ilə yola salmağa az qalıb. Muradov əmiləri arxalarınca gələcək.
• Telman Qasımov, Toğrul Allahverdili, Ramil İskəndərlinin timsalında bütün QHT üzvləri və bəzi jurnalistlər sülhməramlıların ekoterrorunu fitə basıblar. Bəli, xalqın yanında olan QHT dövlət orqanlarının da dadına çatmağa çalışıb. Belə ki, rus sülhməramlılar azərbaycanlı ekoloqların monitorinqinə maneə törədirlər. Azərbaycanın qeyri-hökumət təşkilatları əliyalın, zirehsiz formada sülhməramlıların komandanı Volkovu səsləyirdi. O isə girdiyi deşikdən çıxmırdı.
• Üçrəngli bayrağımıza bürünmüş azərbaycanlını sülhməramlının gözünün içinə baxmağı bir tarixdir. Çiynində kalaşnikovlu yekəpər rusun gözünü qaçırtması həm də onun eyhamıdır ki, Rusiya ərazicə ən böyük ölkə ola bilər, amma miqyası ilə daha kiçik Azərbaycanın torpaqlarından onlara bir qarış da pay verilməyəcək. Onsuz da, özlərindən dəfələrlə kiçik ölkəyə – Ukraynaya uduzmaq ərəfəsindədirlər. Bu gedişlə Kreml Qız Qalasından da kiçik qalacaq.
• Sülhməramlı kontingentin tərkibində Ermənistan vətandaşının ifşa olunması ajiotaj yaradan olaylardandır. Bu gün azərbaycanlı QHT təmsilçiləri, ekspert və jurnalistlərin ayıq-sayıqlığı nəticəsində erməninin aşkara çıxarılması Moskvanın XIX və İrəvanın XX əsrdən bəlli olan iç üzünü vizual sübutlarla ortaya qoydu.
Qışın soyuğunda gündüz-gecə qurulan çadırların böyründə qalanan tonqalla isinişib etiraz səsi ilə qafil sülhməramlıların qulağını açmaq, yaxud fəaliyyətlərinə çəki-düzən verməklərini tələb edən aksiyanın təşkilatçısı QHT-dir. Yuxarıda sadalanan və film ssenarisi ola biləcək hadisələr qeyri-hökumət təşkilatlarının təşkil etdiyi etirazda yaşanıb. Yəni dekabrın 12-si şimallı-cənublu milyonlarla azərbaycanlının alqışladığı bu addımı yalnız fransız, fars, rus və ermənilər pisləyə bilərdi. Bir də onların ayırdığı qrantlarla dolanan Azərbaycandakı agentləri! Adətən, Azərbaycanda onları ya rusun 5-ci kolonu, ya da daşnak şəbəkəsinin üzvləri adlandırırlar. Bəli, Azərbaycana bir erməninin göstərdiyi münasibəti sərgiləyən azərbaycanlılar, əfsus ki, var. Yoxsa AXCP partiyaların Ermənistana qarşı birgə bəyanatından kənar qalmazdı. Gültəkin Qaruniklik, Azər isə Aznavurluq etməzdi.
– Gültəkin Hacıbəylinin paylaşımında o, Laçın yolundakı sülhməramlı etirazımızı ürəkağrıdan hal kimi qiymətləndirib. Yuxarıda da qeyd etdiyim kimi, azərbaycanlıların Laçın yolunu bağlaması ermənilərin qarnına sancı, ürəklərinə ağrı verib. Yəni Gültəkinin ürəyinin ağrıması təsadüfi deyil. Bakını kapitulyant İrəvanın yanında miskin duruma düşməkdə ittiham etmək isə, yəqin Gültəkinin Paşinyanın seçki platforması üçün yazdıqlarındadır. Bu lap "kaş bizim prezident Paşinyan olardı" deyən Sevinc Osmanqızının erməniliyi səviyyəsindədir.
– Özünü siyasətçi adlandıran Azər Qasımlı da düşüncə bacısından geri qalmayıb. Həmin aksiyanın Bakı və Moskvanın razılığı ilə keçirildiyini iddia edib. Adam nə qədər küt olmalıdır ki, bu qənaətə gəlsin? Xatırladıram ki, QHT aksiyasında sülhməramlılar o ki var tənqid olunub. Beynəlxalq aləmdə sanksiya və terror ittihamları ilə nüfuzdan düşən Kremlə sülhməramlı biabırçılığı ilə tamamilə fiaskoya uğraması lazımdırmı? Absurdun lap acınacaqlı hissəsi "Azər"in QHT aksiyasını gözdən salmaq cəhdidir:
"İcazəli vətənpərvərlik – vətənpərvərlik deyil".
Deyəsən, Kərimli yüzlüyü, xarici ianələrlə ortalığa atılanlar vətənpərvərliyin də sifariş və icazə ilə olduğunu düşünür. Tutaq ki, icazəli aksiya olub. QHT tərəfindən belə bir icazə təşəbbüsünün özü də vətənpərvərlikdir. Onlar separatçı və sülhməramlı özbaşınalığına etiraz üçün fürsət axtaranda siz karantinin bitməsini gözləyirdiniz ki, ermənilərin vasitəçiliyi ilə qərblilərdən dilənçi payı alasınız. Və belə ürəkbulandıran şərhləriniz də qonarar müqabilində yazılıb. Yəni sizi maliyyələşdirənin Ruben Vardanyan olması da əsl vətənpərvərləri təəccübləndirməz. Çünki onlar Paşinyan ordusuna qarşı qazi və şəhid olanda siz Nikola tərif yağdırır, onu Azərbaycan Prezidenti seçmək istəyirdiniz. Bunun isə adı "böyük ermənistan"a xidmət etmək, qısaca ermənilikdir.
Yaxşı ki, aksiyanın görüntüləri mövcuddur. Belə erməni ittihamlarına görə, həmin vətənpərvərlik nümunələrinin qısa variantını 1 videoda toplamışıq.
Videonun sonunda haqlı tənqid etdiklərimizin "feysbuk statusları" da var:
KONKRET.az-ın Araşdırma Qrupu

Siyasi       Tarix: 13 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə -a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Paşinyandan yeni konstitusiya ilə bağlı - Açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib. KONKRET.azxəbər verir ki, Paşinyan bu haqda Konstitusiya Günü münasibətilə xalqa müraciətində danışıb. O bildirib ki

Trampı Ankarada Ərdoğan qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qey

NATO-nun Ankara sammiti: Dünyanın təhlükəsizlik xəritəsi yenidən cızılır

"7–8 iyul tarixlərində keçiriləcək NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti yalnız növbəti siyasi toplantı deyil, həm də Alyansın gələcək onilliklər üçün təhlükəsizlik strategiyasını müəyyənləşdirəcək qərarları

90 dəqiqə nə danışıblar?

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində yardım etməyə hazır olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Kremlin xarici siyasət məsələlər

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək

"Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur

Azərbaycan Cənubi Qafqazda pilotsuz sistemlərin ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı operatoru olaraq qalır və həm müasir PUA-ların alınması, həm də yerli istehsalın inkişafı sahəsində imkanlarını ardıcıl genişləndirməy

Türkiyənin qorxulu düşməni İrana qarşı hərəkətə keçdi – Sərhəddə SENSASİYA

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində silahlı qrupların tamamilə zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəli olduğu iddia edilə

Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə gedib. Məlumata görə, Paşinyan Rusiyaya səfəri çərçivəsində İNNOPROM-2026 beynəlxalq sənaye sərgisinə qatılacaq və sərgi çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun xankendi maliyye xeberler bugun ən son xeberler