Qızdırma, baş ağrısı, ürəkbulanma - Son günlər hansı virusa yoluxuruq?

Qızdırma, baş ağrısı, ürəkbulanma - Son günlər hansı virusa yoluxuruq?Son günlər əhali arasında qızdırma, boğaz və baş ağrısı, ürəkbulanma kimi əlamətləri olan xəstəlik yayılıb.
Xəstəliyin simptomları eyni olsa da, sağalma müddəti yoluxan şəxslərdə fərqlilik göstərir.
Bəs əhali arasında sürətlə yayılan virus hansıdır?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı trend-in suallarını cavablayarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev qeyd edib ki, payız mövsümündə respirator infeksiyalar özünü daha çox büruzə verir.
"Respirator infeksiyalara viruslar səbəb olur. Bu viruslara qrip, koronavirus və başqaları aiddir. Sözügedən viruslar özünü qızdırma, yorğunluq, boğaz ağrısı kimi əlamətlərlə göstərir.
Bu əlamətlərə görə xəstəliyi müəyyən etmək mümkün deyil. Çünki bu əlamətlər bütün viruslarda görülə bilər. Yenə də simptomatik müalicə ilkin olaraq kifayət edəcək. Qızdırma və halsızlığın olması hazırda dünyada yayılan meymunçiçəyi virusunda da görünür.
Sadəcə meymunçiçəyi virusunda əsas əlamət bədəndə olan səpkilərdir. Bu respirator virusları meymunçiçəyindən ayıran başlıca əlamətdir. Sadəcə olaraq xəstəliyin ilkin, qızdırmalı dövründə bunu ayırd etmək mümkün deyil. Çünki meymunçiçəyində qızdırma başladıqdan bir neçə gün sonra səpkilər əmələ gəlir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
Hər bir halda sadalanan əlamətlərə malik şəxslər 2-3 gün sonra həkim müayinəsində olmalıdır. Xəstəliyin fəsadlarının qarşısı vaxtında alınmalıdır", – deyə o bildirib.
Qeyd edək ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.
Həmçinin, TƏBİB bu günə qədər tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinmədiyini açıqlayıb.

Sağlamlıq       Tarix: 14 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda havanın temperaturu cəbhədən video valyuta