Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edildi
Həkim baxışı və məsləhəti olmadan uşaqlara hər hansı dərman, yaxud antibiotik verilməsi tamamilə yanlışdır.
KONKRET.azxəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qrip və mövsümi viruslarla bağlı danışarkən deyib.
Nazirlik rəsmisi qeyd edib ki, antibiotiklərin kifayət qədər yan təsirləri var və ağırlaşmalar baş verə bilər: "Odur ki, antibiotik istifadəsi yalnız həkimin göstərişi ilə tətbiq edildikdə effektiv təsir göstərə bilər".
İnfeksionist məktəb və bağça yaşlı övladı olan valideynlərə çağırış edək qrip əleyhinə vaksinasiyaya vaxtında qoşulmağı tövsiyə edib: "Nəzərə almaq lazımdır ki, kütləvi qapalı yerlərdə uşaqlar yaxın məsafədə ünsiyyətdə olurlar və hava-damcı yolu ilə kəskin respirator infeksiyalara yoluxma sürətlə gedir. Yoluxma riski yüksək olduğundan vaxtında peyvənd olunmaq lazımdır".
Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək