Qripə qarşı yeni effektiv vaksin hazırlandı
ABŞ-nin Karolina Universitetinin Virusologiya İnstitutunun alimləri qrip virusunun dünyada mövcud olan əksər növlərinə qarşı effektiv vaksin hazırlayıb.
KONKRET.azxəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Tədqiqatın əsas nailiyyəti süni intellektdən istifadə edərək universal epitopların – virusun müxtəlif növlərində dəyişməyən hissələrinin aşkar olunmasıdır. Bunun sayəsində əksər tanınmış virus ştamlarına qarşı effektiv preparat hazırlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qrip hər il dünya üzrə təxminən 500 min nəfərin ölümünə səbəb olur. Mövcud vaksinlər hər zaman effektiv olmur, çünki onların tərkibi, müəyyən ştamın mövsümdə üstünlük təşkil edəcəyinə dair proqnozlara əsaslanır. Alimlərin proqnozlaşdıra bilmədiyi virus mutasiyaları isə bu preparatların effektivliyini azaldır.
Tədqiqatın gedişatında alimlərin hazırladığı vaksin həm virus ştamlarının 97 %-dən qorumanı təmin edir, həm də dünya üzrə qripin əksər növlərinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir.
Mütəxəssislər həmçinin təcrübədə ilk dəfə olaraq hər il yenilənməyə ehtiyacı olmayan vaksin yaradıblar.
Alimlərin sözlərinə görə, yeni vaksin virusun demək olar ki, dəyişməyən hissələrini aşkar etməyə yönəlib ki, bu da bir çox ştama qarşı uzunmüddətli qoruma təmin edir. Hazırda tədqiqatçılar klinik sınaqların keçirilməsi üçün farmasevtik şirkətlərlə danışıqlar aparırlar. Əgər sınaqlar uğurla başa çatarsa, vaksin üç-dörd il ərzində istifadəyə təqdim oluna bilər.//Report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü