Rumıniyanın "Cənub Qaz Dəhlizi"nə qoşulma imkanları müzakirə edilib - FOTO
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VI iclası çərçivəsində ölkəmizdə səfərdə olan Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havriletin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə "TRANSGAZ S.A" və "ROMGAZ S.A" şirkətlərinin təmsilçiləri də iştirak edib.
Görüş zamanı Rumıniya ilə xam neft, neft məhsulları və neft-kimya məhsullarının ticarəti sahəsində əməkdaşlıq əlaqələrindən danışılıb. Enerji sahəsində əməkdaşlığın inkişafı istiqamətində Cənub Qaz Dəhlizi Məşvərət Şurası formatının yaratdığı imkanlardan bəhs edilib. Nazir Pərviz Şahbazov Rumıniyanın son illərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında davamlı iştirakını layihəyə marağın göstəricisi kimi qiymətləndirib. Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin enerji sahəsində hər iki ölkənin maraqlarına gələcəkdə də töhfə verəcəyini bildirib.
Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havrilet isə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edərək, ölkəsinin gələcəkdə bu layihədə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, dəhlizin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin imkanlarından istifadənin mümkünlüyü ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə iki ölkə arasında enerji sahəsində gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Milli.Az /news.milli.az

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub