Rusiya-Ukrayna müharibəsində YENİ MƏQAMLAR: "Bu, Zelenskini güzəştə getməyə məcbur qoyacaq"

Rusiya-Ukrayna müharibəsində YENİ MƏQAMLAR: Üç il əvvəl Rusiyanın Ukraynaya hücumu başlayanda Kiyevin yanında dayanan ölkələrdən birincisi ABŞ oldu. Ukraynaya hər cür dəstək verən Amerika Kiyevin müharibədə dönüş yaratması üçün əlindən gələni əsirgəməsə də, buna nail ola bilmədi. Nəticədə ABŞ-da seçkilərdə uduzan Bayden yerini Donald Trampa verdi. İkinci isə hakimiyyətə yeni planlarla qədəm qoydu və ilk işi Ukrayna ilə haqq-hesab çürütmək oldu. Bütün proqnozların əksinə hərəkət edən Trampın Ukrayna siyasəti dünyanı şəka saldı. Prezident Zelenskinin legitimliyini şübhə altına alan Donald Tramp Kiyevə şantaj yolunu tutdu. Ukrayna ərazisindəki minerallar hesabına borcu kompensasiya etməyi hesablayan Tramp bununla Kiyevi çətin vəziyyətə saldı.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, bununla bağlı qarşılıqlı bəyanatlar artıq səsləndirilib:
Rusiya-Ukrayna müharibəsində YENİ MƏQAMLAR: "Bu həm də ikitərəfli güzəşt kimi də xarakterizə edilə bilər. Çünki Tramp administrasiyası Zelenskinin hakimiyyətinin legitimliyini sual altına alıb və onunla masa arxasında hər hansı müzakirələrin aparılmayacağını bildirib. Qarşılıqlı olaraq Ukrayna tərəfi ABŞ-ın atəşkəslə bağlı tələblərini qəbul etməyəcəyini bildirib. Belə bir razılaşmanın əldə olunması bir daha göstərir ki, qarşılıqlı atəşkəs şərtləri ilə bağlı güzəştlər var. Eyni zamanda üç illik müharibə dövründə ABŞ-ın Ukraynaya yönləndirdiyi maliyyə yardımının geri qaytarılması ilə bağlı tələbləri ola bilər ki, bu da Zelenski hakimiyyətini qismən güzəştə getməyə məcbur qoyacaq. 500 milyard dollarlıq borc sadəcə ABŞ tərəfindən iddia edilən rəqəmdir. Ukrayna bununla bağlı hansı istiqamətdə dəyərləndirmə edəcək, yaxud bu rəqəmlə razılaşacaqmı? Bütün bunlar təbii ki, gələcəyin müzakirə olunacaq əsas istiqamətləridir. Amma indiki məqamda ABŞ-ın Ukraynaya verdiyi maliyyə dəstəyi var. Bu maliyyə dəstəyinin geri qaytarılması ilə bağlı Ukraynaya qarşı təzyiqlərin olması belə bir razılaşmaya gətirib çıxara bilər. Amerika tərəfinin isə əsas güzəşti dasnışıqlar masasında Zelenski hakimiyyətinin təmsil olunması ilə bağlıdır. Bu da Ukraynanın mövcud şəraitdə öz maraqlarının qorunması üçün labüd şərtlərdən biridir. Bu saziş əslində atəşkəslə bağlı müəyyən mənada ilkin razılıq əlaməti olaraq da ifadə edilə bilər".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 27 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video maraqlı xəbərlər qarabag xabarlar